Azadliq radiosu

Ətraflı axtarış Gözləyin, axtarırıq ...
İndi Dinləyin [ Real Audio Win Media ]
Çərşənbə, 14 may 2008 Bakı 13:57
«Yeni ağ-göy rəngli geyim dəstləri azarkeşlərin istəyinə əsasən hazırlanıb» Foto: AFFA

Cəmiyyət

Bazar, 23 mart 2008

Milli komandanın yeni geyim dəstlərinin təqdimatı keçirilib

Martın 23-də «Park Inn» otelində futbol üzrə Azərbaycan milli komandasının yeni geyim dəstlərinin təqdimat mərasimi keçirilib. Fotosessiya

Milli komandanın yeni geyim dəstini İngiltərə yığmasının da sponsoru olan «Umbro» firması hazırlayıb.

Firmanın nümayəndəsi Sergey Poliqakov AFFA ilə 2010-cu ilədək əməkdaşlıq edəcəklərini, mayda isə Bakıda «Umbro»nun nümayəndəliyinin açılacağını bildirib.

Tədbirdə çıxış edən AFFA-nın Baş katibi Elxan Məmmədov yeni ağ-göy rəngli geyim dəstlərinin azarkeşlərin istəyinə əsasən hazırlandığını qeyd edib.

Daha sonra isə milli komandanın üzvləri geyim dəstlərini nümayiş etdirib.

Tədbirin aparıcısı, şoumen Murad Dadaşov ilkin qiyməti 100 manat olan geyim dəstinin auksionunu təşkil edib. Auksionun qalibi 1250 manat təqdim edən «Neftçi» klubunun vitse-prezidenti Ramin Musayev olub. «Umbro» R. Musayevə İngiltərə millisinin üzvü Con Terrinin şəxsi imzası olan geyim dəsti də hədiyyə edib. / APA /

Məqalə vasitələri

Azadlıq Radiosu © 2006 RFE-RL, Inc. Bizimlə əlaqə saxlayın: azadliq@rferl.org