Azadliq radiosu

Ətraflı axtarış Gözləyin, axtarırıq ...
İndi Dinləyin Səs arxivi
Bazar ertəsi, 7 iyul 2008 Bakı 00:10
İndiyə qədər Azərbaycan qazın 1000 kubmetrini Gürcüstana 120 dollara satıb

İqtisadiyyat

Çərşənbə, 23 aprel 2008

Gürcüstana veriləcək qazın qiyməti bəlli deyil

Mayın 1-dən Azərbaycandan Gürcüstana qaz veriləcək. Bu barədə Dövlət Neft Şirkətinin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti Elşad Nəsirov məlumat verib. Aprelin 23-də Bakıda keçirilən 2-ci Xəzər neft-qaz ticarət və nəqliyyat konfransı zamanı Nəsirov jurnalistlərə bildirib ki, aprelin 25-də Gürcüstanda Dövlət Neft Şirkətinə məxsus qazın bu ölkəyə ixracı ilə bağlı yekun sənədin imzalanması gözlənir. İlkin olaraq gündə 500 min kubmetr qaz ixrac ediləcək. Sonradan bu istiqamətdə göndərilən yanacağın həcmini 1 milyon kubmetrə qaldırmaq imkanı var: «Aprelin 25-də danışıqlar yekunlaşacaq. Biz Gürcüstana 1 milyon kubmetrə qədər qaz verəcəyik. Qiymət barədə heç nə deyə bilmərəm. Əgər hər şey uğurlu olsa, may ayından qazın verilməsinə başlanacaq».   

İndiyə qədər Azərbaycan qazın 1000 kubmetrini Gürcüstana 120 dollara satıb.  

Sənaye və Energetika naziri Natiq Əliyev isə konfransda bildirib ki, yaxın illərdə Azərbaycan ixrac edəcəyi qazın həcmini 3 dəfəyə qədər artıra bilər. Əlavə araşdırmalar göstərib ki, ölkənin qaz ixracını hazırki 8 milyard kubmetrdən 20-25 milyard kubmetrə qədər və daha çox artırmaq üçün ehtiyatlar var. Nazir deyib ki, «Şahdəniz» yatağından əvvəlcədən proqnozlaşdırılandan 2 dəfə çox - 1.2 trilyon kubmetrə yaxın qaz çıxarılacaq. Üstəlik, «Azəri-Çıraq-Günəşli» yatağının dərindəki hissələrindən də 500 milyard kubmetr qaz çıxarıla bilər. Həmçinin perspektiv yataqlarda da işlər hələ bitməyib.

Məqalə vasitələri

Azadlıq Radiosu © 2006 RFE-RL, Inc. Bizimlə əlaqə saxlayın: azadliq@rferl.org