Azadliq radiosu

Ətraflı axtarış Gözləyin, axtarırıq ...
İndi Dinləyin Səs arxivi
Bazar ertəsi, 7 iyul 2008 Bakı 00:09
Kənd Təsərrüfatı Nazirliyi bildirir ki, çörəyi bahalandıranlar sahibkarlardı

İqtisadiyyat

Cümə axşamı, 1 may 2008

Çörək yenidən bahalaşır

Bakının bəzi mağazalarında 30 qəpiklik çörək 10 qəpik bahalaşıb. Satıcıların sözlərinə görə, bahalaşmaya səbəb unun qiymətinin artmasıdı.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev bildirir ki, hökumət çörəyin qiymətini sərbəst buraxıb və indi də çörəyi bahalandıranlar ayrı-ayrı sahibkarlardı. Ancaq Sabir Vəliyev hesab edir ki, hökumətin yaradacağı taxıl fondu çörək istehsalında bahalaşmanın qarşısını alacaq.

Çörəyin qiymətinin qalxdığını İqtisadi İnkişaf naziri Heydər Babayev də təsdiqləyir. Nazir onu da bildirib ki, aprelin 30-da hökumətin ölkəyə gətirilən un və düyünün həm əlavə dəyər vergisindən, həm də gömrük rüsumlarından azad edilməsiylə bağlı qərarı daxili bazarda hər iki məhsulu ucuzlaşdıracaq. Nazirlər Kabinetinin qərarına görə bu güzəştlər bir il qüvvəyə minəcək.

Məqalə vasitələri

Multimedia

Çörək yenidən bahalaşır
Dinləyin:
mp3 - windows media - real audio
Yükləyin:
mp3 - windows media - real audio


Azadlıq Radiosu © 2006 RFE-RL, Inc. Bizimlə əlaqə saxlayın: azadliq@rferl.org