Azadliq radiosu

Ətraflı axtarış Gözləyin, axtarırıq ...
İndi Dinləyin [ Real Audio Win Media ]
Çərşənbə, 14 may 2008 Bakı 12:37
Artur Lenk, 9 may 2008

Siyasət

Cümə, 9 may 2008

«Bu, Azərbaycan hökumətinin verəcəyi bir qərardır»

«Bu, Azərbaycan hökumətinin verəcəyi bir qərardır». İsrail səfiri Artur Lenk «Azadlıq» radiosunun «İşdən sonra» verilişinə müsahibəsində Azərbaycan səfirliyinin indiyə qədər bu ölkədə açılmamasına münasibət bildirərkən belə deyib.

Səfir deyib ki, onlar Bakıda çox rahat yaşayır və işləyirlər: «Biz azərbaycanlıların da İsraildə belə fəaliyyət göstərmələrini istəyərdik. Nə qədər bir-birimizi yaxından tanısaq və imkanlar geniş olsa, ölkələrimizin inkişafı üçün daha geniş potensial yaranar. Ancaq bu, yenə deyirəm ki, Azərbaycan hökumətinin verəcəyi bir qərardır».

İsrail tərəfdən bir neçə dəfə təklif səslənsə də, Azərbaycan  bu ölkədə səfirliyini açmağa tələsmir. Xarici İşlər Nazirliyinin rəsmiləri deyiblər ki, Azərbaycanla İsrail arasında fəal əməkdaşlıq olsa da, hələlik bu ölkədə səfirlik açmaq məsələsi Bakının gündəliyində deyil. Gələcəkdə səfirliyin açılması istisna olunmur.

Məqalə vasitələri

Multimedia

«Bu, Azərbaycan hökumətinin verəcəyi bir qərardır»
Dinləyin:
mp3 - windows media - real audio
Yükləyin:
mp3 - windows media - real audio


Azadlıq Radiosu © 2006 RFE-RL, Inc. Bizimlə əlaqə saxlayın: azadliq@rferl.org