Azadliq radiosu

Ətraflı axtarış Gözləyin, axtarırıq ...
İndi Dinləyin Səs arxivi
Bazar ertəsi, 7 iyul 2008 Bakı 00:09
«Təhlükəsizliyimə heç kim zəmanət vermir»

Siyasət - Cəmiyyət

Cümə, 16 may 2008

Aqil Xəlil faktiki ev dustağı olduğunu deyir

«Sərhədsiz reportyorlar» təşkilatına mənim taleyimi diqqətdə saxladığına görə minnətdarlığımı bildirirəm. Təşkilatın baş katibi Rober Menarın Azərbaycan prezidentinə müraciətində deyilənlər reallığı tam əks etdirir. Belə ki, mənin həyatıma təhlükə hələ də qalır». Bu barədə «Azadlıq» qəzetinin müxbiri Aqil Xəlil «Turan»a bildirib.

O, hazırda faktiki ev dustağı olduğunu deyib: «Təhlükəsizliyimə heç kim zəmanət vermir. Artıq ölkədə hər hansı rəsmi quruma da inamım qalmayıb. Bu səbəbdən də evdən bayıra çıxmıram».

Jurnalist müvəqqəti olaraq ölkəni tərk etmək istədiyini bildirib: «Həyatıma təhlükə sovuşanadək müvəqqəti ölkəni tərk etmək istəyirəm. Bu, həm də ailəmin rahatlığı üçün lazımdır. Çünki ailə üzvlərim hər an mənim üçün həyacan keçirirlər».

«Sərhədsiz reportyorlar» narahatdır ki, Aqil Xəlili də Elmar Hüseynov kimi öldürə bilərlər. Təşkilat prezident İlham Əliyevə məktub yazıb ki, A.Xəlil ətrafında baş verənlər faciə ilə başa çatmamış dövlət başçısı jurnalistə təzyiqlərə müdaxilə etsin.

Qurum bildirir ki, əgər Aqil Xəlilin sonu faciə ilə qurtarsa, buna görə məsuliyyəti Azərbaycan hakimiyyətinin üzərinə qoyacaqlar. 

Məqalə vasitələri

Azadlıq Radiosu © 2006 RFE-RL, Inc. Bizimlə əlaqə saxlayın: azadliq@rferl.org