Efirdən seçmələr
  • İz:
    800 yaşı tamam olan dünya vətəndaşı ulu Mövlanə
     Dinlə
 
  • Şəffaflıq:
    Fermerlər güzəştli qiymətlərlə gübrə ala bilirlərmi?
    Dinlə
 
  • Tanınmışlar:
    Qənimət Zahid ilə söhbət (3 dekabr 2006)
    Dinlə

    Arxiv

 
 
 
 
Sorğu
... ... ...
 

Forum

YAP üzvü olmadan dövlət karyerası qurmaq mümkündürmü?

editor
02.07.2008

Hakim partiya elan edir ki, sıralarında 450 min üzv var. Bu rəqəm sizə nə dərəcədə real görünür? YAP müxalifətə keçərsə bu rəqəm necə dəyişə bilər?

Vacib qeyd: Mesajlarınız redaktə olunduqdan sonra sayta yerləşdiriləcək. Forumdakı şərhlər internet istifadəçilərinə aiddir. Həmin fikirlərə görə, «Azadlıq» radiosu və ya internet səhifəsi məsuliyyət daşımır.

Şərhin var?
Ad *
Məkan
E-mail
Şərh *
Yazmazdan əvvəl forumun qaydalarını oxu

İsmarışlar 1-10 (24)
 
Kimdən: Firuz Rza Haradan: Bakı
04.07.2008 14:14

YAP – Azərbaycanın dünənidir. YAP müxalifətdə ola bilməz. Rüşvətsiz YAP - yoxdur. Bizi sabah maraqlandırmalıdır. Vahid Azərbaycanın əsas idealoqiyası - türkçülük, tanrıya inam və demokratik dəyərlərə sayqıdır. Tanrı bu yolda bizə yardımçı olsun.


Kimdən: Sabir Haradan: Baku
04.07.2008 06:20

YAP uzvu olmadan hec bir karyera qurmak mumkun deyil. Bu mesele sovet dovrunden daha keskin durur. Siz baxin dovlet strukturlarinda bir nefer de olsun geyri YAP uzvu tapa bilersinizmi? Ucdan tutma hami YAP uzvu olmalidir. Yeni ise daxil olanlara YAP vesigesi almaq eger 500 dollardisa, hesabinizi goturun. Sovet vaxti bele sey yox idi.


Kimdən: Müşfiq Haradan: C:Windows/system32
04.07.2008 06:19

Hörmətli istifadəçilər bu movzunu müzakirə etməyə dəyməz YAP nə qədər özün tərifləsə ki 450 min üzvü var yalandı gerçək olsa da o, rəqəmdə göstərilən üzvlər məcburi YAP-a üzv olur bu hamıya aydındır 450 min üzv elə dövlət işində işləyənlərdir hər bir dovlət işində işləyən şəxs YAP-a üzv olmalıdır YAP-a üzv olmadan işə girmək çətindir. Hörmətlə: Müşfiq


Kimdən: Bulud Haradan: Baki
04.07.2008 03:53

YAP ele sovet dövrünün Komunist Partiyasından başqa bir şey deyil. YAP karyera qurmaq üçün HEC BİR pilləkən deyil. Karyeranı insan özü qurur. amma elə ki, zirvəyə bir balaca yaxınlaşır onu MƏCBUR edirlər YAPa üzv olmağa, əks təqdirdə o zirvəyə gedən yolun 1 addımında qalırsan və qalacaqsan. belə dövlət olar???? Biz hələ də SSRi dövründə yaşayır. Yəgin sonra Komsomol partiası kimi YAPin bele bir qolu da çıxar ortaya


Kimdən: MURAD Haradan: Bakı
03.07.2008 17:06

Məncə savet dövrü deyil ki, partiyanın üzvü olmayıb işə daxil olmayasan. O savet dövrüydü ki partiyaya daxil olmaq məcburi idi. Məncə indi partiyaya daxil olmadan yüksək karyera qurmaq mümkündür. Birdə mövzudan qıraq olsada demək istəyirəm ki, və ya təklif etmək istəyirəm ki, can bakı verlişinin vaxtını iki saatlıq edəsiz.


Kimdən: Zaur Haradan: BAKI
03.07.2008 12:45

menim fikrimce 450 min hele azdir. YAP kotuyu derindi .YAP muxalifet ola bilmez


Kimdən: Asim Haradan: Tiflis
03.07.2008 12:40

eger menim prezidentin ailesine-ya tanishlarina cixishim ve pulum olsa- menim karyeram ele YAP-siz da olar


Kimdən: Naile Haradan: Baki
03.07.2008 12:34

Salam! YAP - öz siyasətini rəqəmlər uzerinde qurub. 600 min is yeri ,450 min uzv, və.s inaniram ki, muxalifetde olsa deyecekler ki YAP -ın 8 miliyon üzvü var ustelik Avropanındanda 10 milyon insan Yap -a uzv olmag ucun muraciət edb .


Kimdən: Turgut Haradan: Baki
03.07.2008 10:46

Mueyyen ferqlere baxmayaraq, indiki cemiyyeti Sovete benzeden cox tezahur var. Onlardan en boyuyu - resmi beyenatlarla real heyat arasindaki ferqdir. Bu gun YAP - KPSSi, muxalifet qruplari ise partiyadan cox dissident herekatini xatirladir. Ona gore inamla deye bilerik ki, YAP- fehle ve kendli sinflerinin ve ziyali tebeqesinin uzvi vehdetidir.


Kimdən: ayla Haradan: Moskva
03.07.2008 10:15

Tesadufden dovlet idaresine dushsen bile-yəni islesen- once YAP-a uzv olmagin ozu problemdir.Indi neticeni ozunuz cixardin.

İsmarışlar 1-10 (24)