Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 07:27

Vaqif Səmədoğlunun həyatından maraqlı epizodlar - yeni kitabda (Video)


ANAR: "Vaqif Səmədoğlunu mənim əlimdən Facebook aldı"
Gözlə

No media source currently available

0:00 0:03:56 0:00
Direct-ə keçid

ANAR: "Vaqif Səmədoğlunu mənim əlimdən Facebook aldı"

İyunun 27-də «Əli və Nino» kitab kafesində Azərbaycanın Xalq şairi, tanınmış dramaturq Vaqif Səmədoğlunun həyat və yaradıcılığına həsr olunmuş «Məndən sonra dəniz qalacaq...» kitabının təqdimatı keçirilib. Kitab rus dilindədir.

Xəbəri AzərTac yayıb.

Kitabın müəllifi Şövkət Kərimova, redaktoru Siyavuş Məmmədzadədir.

Kitabda Vaqif Səmədoğlunun uşaqlıq, yeniyetməlik və gənclik illərindən, şairin yaradıcılığından və ictimai-siyasi fəaliyyətindən söhbət açılır.

Kitabın özünəməxsus xüsusiyyətlərindən biri də odur ki, əsər bədii üslubda yazılıb.
Təqdimat mərasimində çıxış edən Xalq yazıçısı Anar kitabı belə səciyyələndirib:

«Bu, çox dəyərli kitabdır, çünki ilk dəfədir həyatda olan yazıçı haqqında roman yazılır. Tanınmış insanlar barədə tədqiqatlar yazırlar, lakin bu kitab qələm əhli haqqında bədii formada yazılmış ilk əsərdir».

Kitabın redaktoru Siyavuş Məmmədzadə şair haqqında deyib:

«O, polifonik şəxsiyyətdir. Mən hətta deyərdim ki, o, orkestr-adamdır».

Şairin fikrincə, Vaqif Səmədoğlu yaxşı şair olmaqla yanaşı, həm də gözəl musiqiçidir.
Kitabda Vaqif Səmədoğlunun həyatından xeyli maraqlı epizodlar vardır.

Tədbirdə Vaqif Səmədoğlunun dostları, həmkarları, istedadının pərəstişkarları iştirak edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG