Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 13:43

Avropa Parlamentində Dağlıq Qarabağla bağlı qətnamə layihəsi qəbul edilib


Foto arxiv
Foto arxiv
Oktyabrın 23-də Avropa Parlamentinin sessiyasında Avropa Qonşuluq siyasəti üzrə qətnamə layihəsi qəbul edilib.

Qətnamənin 16-cı paraqrafında Avropa Parlamenti tərəfindən Şərq Tərəfdaşlığı proqramında iştirak edən bir dövlət tərəfindən digərinin ərazisinin işğal edilməsinin Şərq Tərəfdaşlığının fundamental prinsip və məqsədlərinə zidd olduğu qeyd edilir, və Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri və 10 iyul 2009-cu il tarixli L’Aquila birgə bəyanatında ehtiva olunan ATƏT-in Minsk Qrupunun baza prinsipləri əsasında həll edilməli olduğu vurğulanır.

Avropa Parlamentinin qəbul etdiyi bu qətnamədə ilk dəfə olaraq Ermənistan-Azərbaycan münaqişəsinin məhz işğalçı qüvvələrin dərhal, qeyd-şərtsiz və tam şəkildə işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının təmin olunmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməli olduğu bildirilir.Avropa Parlamentinin son qətnaməsi bir daha onu təsdiq edir ki, beynəlxalq aləm münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinin tərəfdarıdır.

Xatırladılmalıdır ki, Avropa Parlamenti bundan əvvəl qəbul etdiyi qətnamələrdə də Ermənistanın Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, bu torpaqların Azərbaycanın nəzarətinə verilməsi, qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtarılması və Ermənistandan işğal olunmuş Azərbaycan ərazilərinə nizami ordu göndərilməsinin dayandırılmasını tələb edib.
XS
SM
MD
LG