Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 12:10

Memar Zaha Hadid H. Əliyev Mərkəzinin təqdimatına gəlib


Arzu Əliyeva, Zaha Hadid və Leyla Əliyeva Heydər Əliyev Mərkəzinin təqdimatında (Foto: AzerTag)
Arzu Əliyeva, Zaha Hadid və Leyla Əliyeva Heydər Əliyev Mərkəzinin təqdimatında (Foto: AzerTag)
-
Noyabrın 5-də Bakıda Heydər Əliyev Mərkəzinin binasının beynəlxalq arxitektur təqdimat mərasimi keçirilib. AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva təqdimat mərasimində iştirak ediblər.
Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bildirib ki, son illər Bakıda həm ideya, həm də arxitektura baxımından diqqəti cəlb edən nadir nümunələr inşa olunur. Bunlardan biri də özündə müasirliyi ehtiva edən və çoxfunksiyalılığı ilə seçilən Heydər Əliyev Mərkəzidir:
«Qısa bir zamanda Bakının müasir simasının simvoluna çevrilən bina dünya memarlıq siyahısına daxil edilib. Bu gün Heydər Əliyev Mərkəzinin arxitektur təqdimatında binanın layihəsinin müəllifi, dünya şöhrətli memar Zaha Hadidin bizimlə bu əlamətdar tədbirdə iştirakı fərəhləndirici haldır. Yeni axtarışları, ideyaları və əldə etdiyi nailiyyətləri ilə bütün dünayada tanınan xanım Zaha Hadidin əsərləri bir çox ölkələrə yaraşıq verir».
HAMI ÜÇÜN BÖYÜK TƏCRÜBƏ VƏ NAİLİYYƏT
Təqdimat mərasimində Heydər Əliyev Mərkəzinin binasının layihəsinin müəllifi, dünya şöhrətli memar Zaha Hadid çıxışında Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirib:
«Bu, bizim hamımız üçün çox böyük təcrübə və nailiyyət oldu. Mən bu layihədə iştirak edən bütün ofisə və hamıya, həmçinin Livan, Türkiyə, ABŞ, Çin və digər ölkələrdən olan köhnə və yeni dostlarıma təşəkkürümü bildirirəm».
Təqdimatda qeyd olunub ki, Zaha Hadid Azərbaycan Memarlar İttifaqının Fəxri üzvü seçilib və akademik Mikayıl Hüseynov adını medalla təltif olunub.
Heydər Əliyev Mərkəzinin binasının təməli 2007-ci il sentyabrın 10-da qoyulub. Tikinti işləri beş il davam edib və 2012-ci il mayın 10-da Heydər Əliyev Mərkəzinin binasının rəsmi açılış mərasimi keçirilib. Mərkəzin “Heydər Əliyev irsinin tədqiqi və təbliği, elm, təhsil, mədəniyyət, və s. layihələrin həyata keçirilməsi, yerli, regional və beynəlxalq konfrans, simpozium və digər tədbirlərin keçirilməsi istiqamətində fəaliyyət göstərdiyi” bildirilir.
Bu yaxınlarda BBC-yə müsahibəsində Zaha Hadid Heydər Əliyev Mərkəzini «ictimaiyyət açıq olan mədəniyyət mərkəzi» adlandırıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG