Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 13:29

Metro tacirləri pullarını geri istəyirlər


Etiraz aksiyası
Etiraz aksiyası
-
Martın 19-da metronun «Neftçilər» stansiyasında keçirilən aksiya sona çatıb.

Aksiyaçılardan biri - Naminə Rzayeva AzadlıqRadiosuna bildirib ki, Bakı Metropoliteninin rəhbərliyi ticarət köşkləri açılanda pul ödəyən şəxslərə 200 manat verib:

«Dedilər bu məbləğə ya qane olun, ya da olmayın. Bundan artıq pul verilməyəcək. Ancaq biz həmin köşkləri açanda 1100-1300 manat pul sərf eləmişdik».

Aksiyaçıların bir qismi Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edəcəklərini bildirib.

***

Martın 19-da metroda ticarət köşkləri sökülən sahibkarlar «Neftçilər» stansiyasının yaxınlığında etiraz aksiyasına başlayıblar.

Bu haqda AzadlıqRadiosuna aksiyaçılardan biri - Nahidə Əliyeva məlumat verib. Aksiyaçılar mağazaların açılması üçün ödədikləri vəsaiti tələb edirlər.

«Bura 100-ə yaxın adam yığışıb. Camaat pullarını tələb edir – 1100-1300 verən olub. Bu vəsaiti biz bu mağazaları açanda ödəmişik. İndi pullarımızı geri istəyirik. Polis adamların qarşını almaq istəyir. Ancaq biz dağılışmırıq».

Aksiyaçıların dediyinə görə, onlar ya Prezident Administrasiyasının qarşısına, ya da Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin binası qarşısına getməyi planlaşdırırlar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG