Keçid linkləri

2024, 22 May, çərşənbə, Bakı vaxtı 03:31

Ukraynanın Slavyansk şəhərində atışma olub [Yenilənib]


Slavyansk şəhəri
Slavyansk şəhəri
-
15:12 - UKRAYNA DA TƏSDİQLƏYİR

Slavyanskdakı silahlı qarşıdurma barədə məlumatları Ukraynanın daxili işlər nazirliyi də təsdiq edir.

Nazirliyin məlumatında iki qrup arasında baş verən silahlı toqquşmada bir nəfərin öldüyü, üç nəfərin yaralandığı bildirilir. Məlumatda hadisənin baş vermə səbəblərinin araşdırıldığı bildirilir.

13:59 - ATIŞMADA 5 NƏFƏR ÖLÜB

Ötən gecə Ukraynanın Slavyansk şəhərində atışma olub. Bu barədə Rusiyanın «Rossiya-24» televiziyası məlumat yayıb. Atışmada 5 nəfərin öldüyü, bir nəfərin də ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi bildirilir.

Telekanalın məlumatına görə, naməlum adamlar şəhərin şərqindəki blokposta hücum ediblər.

«Blokpostun yaxınlığına bir neçə maşın gəlib və onlardan atəş açılıb. Hadisə yerinə gələn özünü müdafiə qüvvələri atəş açanlardan ikisini öldürüblər” deyə məlumatda qeyd olunur.

RİA Novostinin yazdığına görə, Slavyansk mərkəzi xəstəxanasının həkimləri atışmada bir nəfərin öldüyünü, iki nəfərin yaralandığını təsdiqləyiblər.

Ukrayna KİV-ləri isə belə bir hadisənin baş verdiyi barədə hər hansı məlumat vermirlər.

Ukraynanın şərqində özünümüdafiə dəstələri adlandıran qruplar rusiyameylli fəallardan təşkil olunub.
XS
SM
MD
LG