Keçid linkləri

2024, 30 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:04

Cameron: «Özümüzü elə aparırıq ki, sanki Rusiya bizə daha çox lazımdır»


Böyük Britaniyanın baş naziri David Cameron
Böyük Britaniyanın baş naziri David Cameron

-

Böyük Britaniyanın baş naziri David Cameron hesab edir ki, Moskva Ukrayna üzərində vurulmuş təyyarə ilə bağlı yanaşmasını dəyişməsə, Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq olunmalıdır. The Sunday Times qəzetində dərc olunmuş məqalədə Cameron Avropanı çağırıb ki, «öz prinsiplərini güzəştə getməsin».

Cameron etiraf edir ki, Avropa ölkələrinin çoxu Rusiya ilə qarşıdurmaya getmək istəməz. Bununla yanaşı, o, qeyd edib: «Hərdən özümüzü elə aparırıq ki, sanki Rusiya bizə daha çox lazımdır, nəinki biz ona».

Cameron-un fikrincə, Rusiya istintaqa gərəkən informasiyanı verməli, yaraqlılara dəstəyi dayandırmalıdır.

Bundan öncə, ABŞ prezidenti Barack Obama Almaniya kansleri Angela MerkelDavid Cameronla telefonla danışıb. Onlar Moskva Ukraynanın şərqində gərginliyin azaldılmasına çalışmasa, Rusiyaya yeni sanksiyaların tətbiqini müzakirə ediblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG