Qəzzada fələstinlilər arasında itkilər son iki həftədə 500 nəfəri keçib. Bunlardan 268 nəfəri iyulun 17-dən İsrailin quru əməliyyatı başlayandan bəri ölənlərdir.
Bunu Fələstinin səhiyyə nazirliyinin rəsmisi Ashraf al-Kidra iyulun 21-də bildirib.
Israil tərəfdə isə 20 əsgər və mülki şəxs ölüb.
BMT Təhlükəsizlik Şurası Qəzzada düşmənçiliyi dərhal dayandırmağa çağırıb.