Fələstin rəsmiləri bildiriblər ki, İsrailin hava zərbələri ilə iyulun 22-də Qəzzada 11 adam ölüb. Bunlar arasında hamilə qadın da var.
Bununla da iyulun 8-dən bəri İsrailin hücumlarında Qəzzada ölən fələstinlilərin sayı 600-ə çatıb.
Israil tərəfdə ölənlərin sayı 29-dur. Bunlardan 27-si əsgər, 2-si mülki şəxsdir.
İyulun 21-də BMT baş katibi Ban Ki Moon və ABŞ Dövlət katibi John Kerry Qahirədə görüşərək İsraillə Həmas arasında münaqişəyə son qoymağa çağırdılar.