Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 19:57

Azərbaycanda «Premium Euro-95» markalı benzinin qiyməti qalxdı


-

Azərbaycanda «Premium Euro-95» markalı benzinin qiyməti artıb.

«APA-Economics»in məlumatına görə, ölkəyə xaricdən gətirilən və qiyməti bundan əvvəl 93 qəpiyə satılan bu növ yanacaq 4 qəpik artaraq 97 qəpik olub.

Ölkədə geniş yanacaqdoldurma məntəqələrinə (YDM) sahib olan şirkətlərdən verilən məlumata görə, qiymət artımı bu gündən etibarən baş verib.

«Lukoyl Azərbaycan» şirkətindən bildirilib ki, «Premium Euro-95» markalı benzini Azərbaycan Dövlət Neft Şirkətinin tövsiyə etdiyi qiymətə uyğun olaraq satır: «Bildiyiniz kimi, bu növ yanacaq sərbəst qiymətlərlə satılır və gecə saatlarından etibarən qiymət 97 qəpik təşkil edib».

«Azpetrol» şirkətindən «APA-Economics»ə bildiriblər ki, sözügedən yanacaq markasının qiymətinin artmasına səbəb dünya bazarlarında neftin qiymətinin dəyişilməsidir: «Azərbaycanda yalnız iki şirkət - ARDNŞ və «Azpetrol» «Premium Euro-95» markalı benzinin ölkəyə gətirilməsi ilə məşğuldur. «Azpetrol» adıçəkilən benzin markasını Yunanıstandan idxal edir. Dünya bazarında neftin qiymətində baş verən artım «Premium Euro-95» markalı benzinin satış qiymətinə təsirini göstərib».

Azərbaycanda yanacaqdoldurma məntəqələrində satılan «Premium Euro-95» benzini ölkəyə xaricdən idxal edilir və idxal edilən benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir.

Aprel ayından Bakıdakı yanacaqdoldurma məntəqələrində AI-95 markalı benzin bahalaşıb. Əvvəl 80 qəpiyə satılan AI-95-in qiyməti Tarif Şurasının qərarı olmadan 93 qəpiyə qaldırılıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG