Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 11:00

Kitabsız kitabxana açıldı


ABŞ-da açılan yeni kitabxanada nə rəf var, nə kağız kitab, nə də kitab anbarı (The Guardian)
ABŞ-da açılan yeni kitabxanada nə rəf var, nə kağız kitab, nə də kitab anbarı (The Guardian)

-

ABŞ-da açılan yeni kitabxanada nə rəf var, nə kağız kitab, nə də kitab anbarı. Yalnız böyük bir şüşəli günbəz altında masalar, kompüterlər və İnternet.

Florida Politexnik Universitetinin bu yeni kitabxanasında tələbə və müəllimlərin ixtiyarına 135 min elektron kitab verilib.

Kitaxananın direktoru Kathryn Miller deyib ki, kağız kitab oxumaq istəyən tələbələr bunu dövlət universitetlərinin kitabxanalararası mübadilə proqramı çərçivəsində edə bilərlər:

“Amma universitet ərazisindəki kitabxana tam rəqəmsaldır və biz tələbələrimizi informasiyanı rəqəmsal olaraq əldə etməyə, rəqəmsal bilgilərlə işləməyə həvəsləndiririk”.

135 min e-kitabdan əlavə olaraq universitet 60 min dollarlıq büdcə ayırıb ki, əgər iki və daha artıq tələbə kitabxanada olmayan hansısa kitabı on-line sifariş etsə, həmin kitab alınsın.

Universitet istəyir ki, tələbələr “texnoloji cəhətdən yüksək səviyyəli işçi qüvvəsi kimi yetişsin, çünki rəqəmsal informasiyanı mənimsəmək, onun əsasında araşdırma aparmaq qabiliyyətinə tələbat getdikcə artır”.

Amerika Kitabxana Assosiasiyasından ekspert Carrie Russell deyir ki, rəqəmsal kitabxana ənənəvi kitabxanadan müəyyən cəhətlərinə görə daha üstündür: “İnsanlar axtardıqlarını daha tez tapa bilirlər, nələrisə tam təsadüf nəticəsində aşkara çıxara, kəşf edə bilərlər”.

"The Guardian"a istinadla Oxu zalı

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG