Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 01:36

Səid Nuri Sərhəd Xidmətini məhkəməyə verib


Səid Nuri
Səid Nuri

-

Ən son xəbərlər yazının əvvəlindədir.

Azərbaycanlı mühacir, ABŞ vətəndaşlığını qəbul etmiş Səid Nuri ölkədən çıxışına icazə vermədiyinə görə Dövlət Sərhəd Xidmətini məhkəməyə verib. Bu haqda AzadlıqRadiosuna Səid Nurinin özü məlumat verib. Səid Nuri deyir ki, ölkədən çıxışına qoyulan qadağa davam edəcəyi təqdirdə digər addımlar da atmağı düşünür:

«Ölkədən buraxılmamağımın qeyri-qanuni olması ilə bağlı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət etmişik. Bundan başqa bizim bəzi sistemli planlarımız var. Bu məsələ həllini tapmasa, Baş Prokurorluğu məhkəməyə verəcəyik. Mən ABŞ vətəndaşı olduğum üçün beynəlxalq qanunlara əsaslanaraq, Azərbaycan hakimiyyətini məhkəməyə vermək də planlarımızdadır».

Səid Nuri həmçinin bildirir ki, Dövlət Departamentindən başqa ABŞ-ın digər rəsmi qurumları da onun işi ilə maraqlanmağa başlayıblar:

«BU MƏSƏLƏ KONQRES VƏ SENATIN DA GÜNDƏMİNDƏDİR»

«Bu məsələ Konqres və Senatın da gündəmindədir. Yaşadığım ərazinin konqresmeni və senatorları daim mənimlə təmasda olub, maraqlanırlar. Artıq məsələ bu səviyyədə də müzakirə olunur. Hesab edirəm ki, hakimiyyətin bu düşünülməmiş addımı Azərbaycanın imicinə böyük zərbə vuracaq. Səfirlikdən də daim mənimlə maraqlanırlar».

Səid Nuri sentyabrın 8-də Baş Prokurorluqda şahid qismində dindirilməsinə də aydınlıq gətirir:

«Heç orada bilmədim ki, məni hansı cinayət işi ilə bağlı dindirirlər. Ümumi suallar verirdilər. Verilən suallardan da məlum olur ki, bu məsələnin mənə qətiyyən aidiyyəti yoxdur. Suallar siyasi fəaliyyətimlə bağlı idi. Mən isə 2006-cı ildən ölkədən gedəndən bəri Azərbaycanla bağlı heç bir fəaliyyətim olmayıb. Bütün suallara səmimi cavab verdim».

ABŞ DÖVLƏT DEPARTMENTİ: «SƏİD NURİNİN İŞİNİ YAXINDAN İZLƏYİRİK»

ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki ABŞ vətəndaşı Səid Nurinin Bakıdan buraxılmamasına dair sualı cavablandırıb:

– ABŞ vətəndaşı Səid Nurinin Azərbaycandan çıxması qadağan olunub. Dövlət Departamenti bu saxlanma ilə bağlı səfirə hər hansı etiraz bildiribmi?

– Səfirlik və Departament rəsmiləri bu məsələyə görə Bakıda və Vaşinqtonda Azərbaycan rəsmiləri ilə əlaqə saxlayıblar və bu işi davam etdirəcəklər. Anladığımız qədərilə, cənab Nurinin ölkədən çıxması qadağan olunub. Biz Azərbaycan hakimiyyətini cənab Nurini tam izahatla təmin etməyə çağırırıq və işi yaxından izləyirik. Onunla daimi əlaqə saxlayırıq və bütün mümkün konsulluq xidməti ilə təmin edirik. Konsulluq əməkdaşımız bir neçə gün əvvəl, sentyabrın 5-də onunla görüşüb.

Baş Prokurorluq sentyabrın 5-də yaydığı açıqlamada bildirib ki, gənc fəal Səid Nurinin hərəkətinin müvəqqəti məhdudlaşdırılması Baş Prokurorluqda istintaq edilən cinayət işi ilə bağlıdır.

Sentyabrın 4-də Heydər Əliyev Hava Limanından Ukraynaya getmək istəyən Səid Nurini təyyarəyə buraxılmayıb. O, daha sonra Baş Prokurorluqda QHT-lərə açılan cinayət işi ilə bağlı şahid qismində ifadə verib.

Səid Nuri «Yeni Fikir» Gənclər Birliyinin üzvü olub. Təşkilatın rəhbəri Ruslan Bəşirli 2005-ci ildə Cinayət Məcəlləsinin 278-ci maddəsi (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) ilə təqsirləndirilərək həbs olunub. O, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandırılıb və 7 il həbsə məhkum olunub. Bu işdə adı keçən Səid Nuri şərti azadlıqdan məhrum edilib, az sonra mühacirətə yollanıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG