Keçid linkləri

2024, 03 May, Cümə, Bakı vaxtı 10:23

Təyyarəyə «çoxlu sayda yüksəkenerjili kənar cisimlər» dəyib


-

Hollandiya “Malayziya hava yolları” təyyarəsinin Ukrayna üzərində qəzaya uğramasının səbəbləri haqda ilkin hesabatını yayıb. MH17 reysi ilə uçan Boing-777 təyyarəsinin qəzasının mümkün səbəbi təyyarəyə “çoxlu sayda” və “yüksək enerjili kənar cisimlərin” dəyməsi olub.

Hesabata görə, təyyarənin qırıntılarının belə yayılmağı onun havada dağıldığını göstərir.

Hesabatda deyilir ki, “təyyarənin qəzasının səbəbinin texniki nasazlıq və ya heyətin səhvinin olduğunu göstərən sübutlar yoxdur”.

Hesabatı hazırlayan Hollandiya Təhlükəsizlik Şurasının sədri Tjibbe Joustra deyib ki, təyyarənin qəzasının daha dəqiq səbəbini tapmaq üçün əlavə dəlillərə və araşdırmaya ehtiyac var.

Amsterdamdan Kuala Lumpura uçan təyyarənin iyulun 17-dəki qəzasında 298 adam öldü. Onlardan 193-ü Hollandiya vətəndaşı idi.

Kiyev və Qərb təyyarəni rusiyapərəst yaraqlıların raketlə vurduğunu bildirir.

Rusiya və separtaçı yaraqlılar isə təyyarənin vurulmasında Ukraynanı günahlandırır.

Təyyarənin qalıqları olan yerdə döyüşlərin getməsi müstəntiqlərin ətraflı istintaqına mane olurdu.

Joustra bildirib ki, yekun hesabat gələn ilin iyuluna hazır olmalıdır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG