Keçid linkləri

2024, 29 Aprel, Bazar ertəsi, Bakı vaxtı 18:34

Neftin qiyməti hələ dibə çatmayıb-Mətbuat icmalı


Rusiya ilə münasibətlər korlamaq hesabına olsa belə,yenə ukraynalıların az qala yarısı Qərblə daha sıx əlaqələrə tərəfdardır.

Qərb Ukraynanı sevməlidir, ancaq bu sevgi 2 şərtlə olmalıdır.

Soyqırım ola bilsin daha düzgün sözdür, ancaq həll kimi düzgün variant deyil. ABŞ 100 il əvvəlki erməni qırğınına nə deməlidir?

Vəziyyət satıcıların nəzarətindədir- Neftin qiyməti hələ dibə çatmayıb.

Dünya mediası bu gün nədən yazır?

RUSİYA İLƏ MÜNASİBƏTLƏRİ KORLASA DA…

Qərblə daha sıx münasibət Rusiya ilə münasibətlərə ziyan vuracağı halda belə ukraynalıların 43 faizi fikirləşir ki, Avropa Birliyi ilə yaxınlaşma Ukrayna üçün daha vacibdir.

Rusiya ilə yaxınlşamanı daha vacib hesab edənlər isə bundan 3 dəfə azdır - 14 faizdir. 27 faiz fikirləşir ki, Ukirayna üçün ən vacibi həm Avropa Birliyi, həm də Rusiya ilə yaxın olmaqdır.

Bunu Gallup.com yazır. Gallup-ın sorğusunda eyni sual ABŞ-la yaxınlaşma haqda da verilib. ABŞ-la yaxınlşama tərəfdarları Avropa Birliyi ilə yxaınlaşma tərəfdarlarından nisbətən azdır, bununla belə 37 faiz deyib ki, Rusiya ilə müansibətlərə ziyan vuracağı halda belə Ukrayna üçün ABŞ-a yaxınlşama vacibdir.

53 faiz deyib ki, Ukrayna Rusiyaya münasibətdə möhkəm mövqe nümayiş etdirməlidir, Rusiyanın qarşısında əyilməməlidir.

UKRAYNAYA SEVGİ 2 ƏSAS ŞƏRTLƏ OLMALIDIR

Financial Times qəzeti yazır ki, Ukraynaın Qərbin sevgisinə ehtiyacı var, ancaq bu sevgi şərtsiz olmamalıdır.

Bu şərtlər ikidir- korrupsiyaya və oliqarxiyaya son qoyulmalıdır.

Ukrayna bunları məqsəd kimi bəyan edir.Ancaq oliqarxiyaya son qoymağa çağıran elə oliqarxın özüdür.Bu da Qərbdən əcaib görünür.

Qəzet hesab edir ki, narıncı inqilab Ukraynaya demokratiya yolunda birinci şans idi, bu, ikinci şansdır və ola bilər,sonuncu şansdır. Ukraynada indiyə kimi büdcədən milyardlar oğurlanır, bir çox siyasətçilər oliqarxların cibindədir. Qəzet hesab edir ki, Ukraynada korrupsiya incəsənət, sənət səviyyəsindədir.

SOYQIRIMI DESİNLƏR YOXSA DEMƏSİNLƏR?

Thomas de Waal Foreign Affairs məcmuəsində “Erməni qırğını və genosid siyasəti” məqaləsində yazır ki, yüz il qabaq Osmanlı imperiyasında etnik erməni icmasını dağıtmaq və köçürmək kampaniyasına başlandı və onlar Rusiyaya dəstək verməkdə ittiham olunurdu.

Müəllif soruşur ki, ABŞ o hadisələrə qiymət verərkəngenosid, soyqırımı sözündən istifadə etməlidirmi?

Birinci variantda, yəniABŞ buna soyqırımı desə,bu, 1 milyondan çox erməni mənşəli amerikalıarı, onların dayağına ehtiyacı olan siyasətçiləri vətarixçilərin bir çoxunu qane edə edəcək. Yox, əgər ABŞ hökuməti bunugenosid kimi qiymətləndirilməsə,bu qiymət də strateqləri və rəsmiləri qane edəcək. Onların fikrincə, tarix həddən artıq mürəkkəbdir və Türkiyə kimi loyal strateji əməkdaşla münasibətləri korlamağa dəyməz.

ABŞ bu varinatlar üzərində çoxdandır ki, baş sındırır. Dövlət Depratamentinin keçmiş rəsmisi müəllifə deyib ki, 1992-ci ildə Buş prezident olanda ABŞ siyasətini müəyyən edənlər Buşunmilli təhlükəsizlik müşaviri Scowcroftunkabinetinə toplaşıb, bu məsələ ilə bağlı qətnamələrin nəticələrini saatlarla götür-qoy edirdilər və onların bu məəsələnin Konqreslə müzakirəsinə sərf etdiyi saatlarla vaxt digər bütün məsələlərə sərf olunan vaxtdan çox idi. De Waal yazır ki, ola bilsin, “genosid sözü daha dəqiqdir, ancaq bir həll variantı kimi səhvdir.”​

ALMANİYANIN NEYTRAL OLACAĞINDAN NARAHATDIRLAR

Foreign Affairs yazır ki, Almaniyanın ARD televiziyası Almaniyanın Ukrayna böhranında oynaya biləcəyi rol barədə sualla sorğu keçirib. 45 faiz deyib ki, Almaniya Qərb dünyası ilə birlikdə çıxış etməlidir, 49 faiz isə hesab edir ki, Qərblə Rusiya arasında Almaniya vasitəçi olmalıdır. Neytrallığa tərəfdarların çox olmasından narahat olanDer Spiegel öz baş məqaləsində xəbərdarlıq edir ki,Almaniya Qərblə birlikdə olmasa, bunun Almaniyaya ziyanı ola bilər.

Məcmuə yazır ki, Almaniyanın neytrallığından qorxu birincə dəfə deyil ki, səslənir. Hələ 1970-ci illərdə ABŞ Dövlət katibi Kissinger deyirdi ki, Qərbi Almaniyanın şərq siyasəti- Ostpolitik ən çox SSRİ-yə xeyirdir.

Foreign Affairs yazır ki, ancaq indiki Almaniya Soyuq Müharibə dövründəki Qərbi Almaniya deyil.

Soyuq müharibə dövründə Qərbi Almaniya zəif idi, onun SSRİ təhlükəsi qarşısında ABŞ-ın dəstəyinə ehtiycaı vardı. İndi isə birləşmiş Almaniya Avropa Birliyinin ən güclü dövlətidir. Britaniya Avropa Birliyini tərk etsə, Almaniyanın Avropa Birliyində rolu daha da artacaq. Dərgi yazır ki, Almaniya hansı tərəfə getsə, indi Avropa Birliyi də onun ardınca gedəcək.

SƏUDİYYƏ KİMƏ QARŞI OYNAYIR?

Times qəzeti yazır ki, “ucuz neft bizim iqtisadiyyatı öldürəcək.” Ümumi nəzəriyyəyə görə, neftin ucuz olmağı iqtisadi artıma təkan verir. Ancaq ucuz neft bu nefti istehsal edənləri oyundan kənar qoya bilər.

Qəzet yazır ki, neftin qiymətinin ucuzlaşmağının qabağını almaq üçünSəudiyyə Ərəbostanı neft istehsalını azaltmaq istəmir. Neftin qiymətinin düşməyi Ukraynaya görə Rusiyanı cəzalandırmaq istəyən Qərb ölkələri ilə Səudiyyə Ərəbistanının həmrəyliyi də ola bilər, və əksinə, Səudiyyə Ərəbistanı bununla öz dostu və rəqibi ABŞ-dakı istehsalı mənasızlaşdıra da bilər.

Qəzet yazır ki,bunlardan hansını düz hesab edirsinizsə, özünüz seçin. Səudiyyə Ərəbistanı ABŞ-ın “həm dostu həm də düşmənidir”. Neft istehsalındanda və şist qazının istehsalında ABŞ son vaxtlar böyük sırayış edib. Ancaq bu, neftin dünya qymətinin 100 dollar olduğu vaxtda sərfəli idi. Neftin qiymətinin 60 dollar olduğu vaxtda bu istehsallar ABŞ-da cüzi mənfəəətlidir. Neftin qiyməti bundan aşağı düşsə, ABŞ-da istehsal sürətlə azalacaq.​

“HƏLƏ DİBƏ ÇATMAĞINA VAR”

Wall Street Journal qəzeti yazır ki, neft son 6 ayda 48 faiz ucuzlaşıb.

Tradition Energy şirkətinin baş təhlilçisi deyir ki, vəziyyət satıcıların nəzarətindədir, bu o deməkdir ki, neftin qiyməti hələ dibə çatmayıb.

Neftin qiyməti 61 dollar olub ki, bu da 2009-cu ilin iyulundan ən aşağı qiymətdir.

Qəzet ölkələrin itkiləri haqda yazır ki, neftin qiymətinin bazarda düşən hər dollarına görə Venesuela 700 milyon dollar itirir. Neftin düşməyindən Yaponiya açıq-aşkar qazanır. Çinin qazanmağı belə aşkar deyil. Qəzet hətta yazır ki, Çin banklarına bundan ziyan dəyə bilər. Çünki neftin düşməyi ilə Venesuela kimi neft ölkəsi Çin banklarından borclarını qaytara bilmir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG