Keçid linkləri

2024, 01 May, çərşənbə, Bakı vaxtı 21:49

Azərbaycanda Coca-Cola məhsulları bahalaşdı


Coca-Cola
Coca-Cola

-

«Azərbaycan Coca-Cola Bottlers MMC» istehsal etdiyi bəzi məhsulların qiymətini qaldırıb. Bu haqda AzadlıqRadiosuna MMC-dən məlumat verilib. Qiymət artımı ilə bağlı qərar yanvarın 24-dən qüvvəyə minəcək.

Bu siyahıya «Cappy», «Fuse tea», «Burn» və «Bonaqua» məhsulları daxildir.

«Coca- Cola»dan qiymət artımının səbəbləri haqda məlumat vermək istəmədilər.

Yanvarın 12-də Azərbaycanda yanacağın qiyməti qaldırılıb. Bəzi iqtisadçılar bu artımın digər məhsullarda da müşahidə olunacağını bildirirdilər.

«Coca-Cola» Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir.

Bahalanacaq məhsulların geniş siyahısı:

- 0,5 lt plastik qabda qablaşdırılan "Cappy" içkisinin tövsiyyə olunan satış qiyməti 60 qəpikdən 70 qəpiyə

- 0,5 lt plastik qabda qablaşdırılan "Fuse tea" içkisinin tövsiyyə olunan satış qiyməti 60 qəpikdən 70 qəpiyə

- 0,5 lt plastik qabda qablaşdırılan "Burn" içkisinin tövsiyyə olunan satış qiyməti 1 manat 90 qəpikdən 2 manat 10 qəpiyə

- 0,5 lt plastik qabda qablaşdırılan "Bonaqua" (qazlı və qazsız) içkisinin tövsiyyə olunan satış qiyməti 20 qəpikdən 25 qəpiyə

- 2 lt plastik qabda qablaşdırılan "Bonaqua" (qazlı və qazsız) içkisinin tövsiyyə olunan satış qiyməti 50 qəpikdən 60 qəpiyə

- 5 lt plastik qabda qablaşdırılan "Bonaqua" (qazsız) içkisinin tövsiyyə olunan satış qiyməti 1 manat 10 qəpikdən 1 manat 30 qəpiyə artırılacaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG