Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 13:41

AzadliqLive yanvarın 30-da

CANLI DİNLƏ

- Avropa İnsan haqları məhkəməsi son bir ildə 11 "Azərbaycan işində" qərar verib. Hansı işlərdən söhbət getdiyini araşdırırıq

Azərbaycan höküməti keçmiş hərbçi Uzeyir Cəfərova cərimə ödəyir. Ətraflı Üzeyir Cəfərovun AzadliqLive müsahibəsində

Mobil telefon almaq fikrindəsən? Bu reportaja qulaq as. Mobil telefonlar bahalaşacaqmı?

Separatçılar Ukrayna ordu hissələrini mühasirəyə almaq istəyir. Amma qüvvələr nisbəti buna imkan verirmi? Donbassdan AzadliqRadiosunun müxbiri xəbər verir

Günün sualıAvropa İnsan Haqları Məhkəməsi Azərbaycanda ədalətin bərqərar olmasında hansı rolu oynayır?

1. Azərbaycanda ədaləti yalnız beynəlxalq aləmin, o cümlədən Avropa İnsan Haqları Məhkəməsinin təzyiqi ilə əldə etmək olar

2. Azərbaycanda ədaləti beynəlxalq aləmin təzyiqi ilə də əldə etmək mümkün deyil

Bu və digər mövzuları yanvarın 30-da axşam saat 20:00-dan 20:30-a qədər CANLİ DİNLƏ

Müzakirələrə sən də qoşul,

Günün sualı:

Avropa insan haqları məhkəməsi Aərbaycanda ədalətin bərqərar olmasında hansı rol oynayır?


Bu linkdə səsvermədə iştitrak, proqramda sənin də fikrin olsun.

Günün əsas mövzuları ətrafında baş verən yeniklər, sosial mediadakı fikirlər və digər maraqlı məqamlar gün ərzində CanlıBloqda yeləşdirilir. Axşam saat 8-də AzadliqLive-ı canlı yayımda , gün ərzində isə onun bloqunu burada izlə. Verilişin audio yayımı da burada yerləşdiriləcək. Yeni postlar xronoloji ardıcıllıqla, bloqun əvvəlində yerləşdirilir. Bloqun sonunda göy rəngli "Davamı" düyməsini sıxmaqla bloqu vərəqləmək, günün əvvəlki postları ilə də tanış olmaq mümkündür.

AzadliqLive-ın formu

Günün sualı Azərbaycan və Avropa İnsan haqları məhkəməsi haqda idi. Bizim foruma yazırlar

Avropa mehkemesi ishlerinin boyuk hissesini vekil İntiqam Aliyev aparirdi. Azerbaycan onu hebs etmekle ozune qarshi potensial mehkeme ishlerinin qarshisini aldi. Azerbaycan hakimiyeytine Avropa bata bilmeyecek, cunki cigaldir. Ancaq oz reqiblerini tutmur, enerji kartindan istifade edib Avropani da barmagina dolayir

İmza: Araz (Bakıdan)

2014-cü il bələdiyyə seçkilərindən əvvəlki bələdiyyə seçkilərində baş vermiş qanunsuzluqlarla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmişəm.5yanvar 2011-ci il tarixdə Strasburq şəhərindən mənə cavab gəlib. Bildirilir ki,sizin 17noyabr 2010-ci il tarixli şikayət ərizənizin və ona qoşulmuş sənədlərin alinmasını testiq edirəm.Sizin qovlugunuza 73742/10 ərizə nömrəsi (Qurbanov/Azərbaycan)verilmişdir.Məktubda bildirilir ki məhkəmə işinizə real vaxt çərçivəsində və sizin məhkəməyə təqdim etdiyiniz sənədlər və məlumatlar əsasında baxacağdır.Lakin beş ildən artiq bir muddət keçməsinə baxmayarağ bu gunə kimi bu işə baxılmamişdır.Xahiş edirəm bu məsələ ilə əlaqədar mənə köməklik edəsiniz

İmza: Məmməd Qurbanov (Xaçmaz)

Sənin də fikrin varsa, yaz canlı efirdə səsləndirək

Donbas döyüşləri: bü gün vəziyyət necədir

Debaltsevo şəhəri uğrunda döyüşlər
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00


Bu videonu AzadliqRadiosunun müxbiri 10 gün əvvəl çəkib. O zaman separatçılar elan etmişdilər ki, Ukrayna ordu hissələrini mühasirəyə almaq üçün əməliyyat keçirirlər. Radiomuzun Ukrayna xidmətinin əməkdaşı Levko Stek də Donetsk yaxınlığında, son günlər ən ağır döyüşlərin getdiyi Debaltsevoya getmişdi ki, bu məlumatı yoxlasın. Bu istiqamətdə Ukrayna ordusunun mövqeləri Luqansk və Donetsk arasında separatçıların nəzarətində olan ərazilərə girir. Levko Stek deyirdi ki, əslində hücum başqa istiqamətdəndir, rusiyameylli yaraqlılar Baxmutka şossesindəki (Luqansk istiqamətindən) bir neçə Ukrayna blok-postunu alıblar. Xəbər verilir ki, bu istiqamətdə separatçılar döyüşə xeyli tank və hərbi texnika atıblar. Lakin Ukrayna ordusunun İlovaysk qazanı kimi mühasirə təhlükəsi çox da böyük deyil, Levko Stek deyir ki, bu istiqamətdə Ukrayna ordusunun da hərbi texnikası az deyil və hesab edir ki, ağır döyüşlər xeyli çəkə bilər. 10 gün keçəndən sonra vəziyyət necədir? Ətraflı AzadliqLive-da

Avropa İnsan Haqları Məhkəməsi kimin işlərinə baxıb?

Qənimət Zahid

Həsən Kərimov

İlqar Məmmədov

İslam İttihad Asosiasiyası

11 nəfərlik siyahıda daha kimin adı var? Ətraflı AzadliqLive-da, dinlə

online dükandan nəsə almaq fikrin varsa, axşam 8-ə qədər təxirə sal.

Çünki axşam 8-də AzadliqLive-da onlayn şopinqlə bağlı maraqlı araşdırmamız olacaq. (axşam 8-dən sonra linki bloqun girişində də tapıb qulaq asa bilərsən) Azadliqda qal!

Davamı

XS
SM
MD
LG