Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 11:46

-İstefanızı tələb edirlər…-Allah hamısına kömək olsun…


​Baş nazirin müavini Abid Şərifov AzadlıqRadiosuna müsahibəsində onun istefasını tələb edənlərə cavab verdi

-

Baş nazirin müavini Abid Şərifov AzadlıqRadiosuna müsahibəsində onun istefasını tələb edənlərə cavab verdi:

- Abid müəllim, jurnalistlər deyirlər ki, siz onlarla kobud davranırsınız, məlumat vermirsiniz. Hətta Mətbuat Şurasının sədri Əflatun Amaşov sizə açıq məktub yazıb, jurnalistlərlə hörmətli davranmağa çağırıb. Nə deyə bilərsiz bu barədə?

- Kim nə istəyir, yazsın. Məni belə şeylər maraqlandırmır. Mən boş-boş suallara cavab vermirəm

( Müsahibənin davamını videodan sonra oxuya bilərsiz )

Abid ŞƏRİFOV: Jurnalistin nəyinə lazımdır, məgər jurnalistin başı çıxır ki, hansı şirkət nəyi bacarır? Məndən soruşur ki, hansı şirkətdir. Jurnalistin nəyinə lazımdır hansı şirkətdir?! Bunu hökumət müəyyən edir- hansı şirkət qabiliyyətlidirsə, mərifətlidirsə, inamlıdırsa, keyfiyyətli iş görürsə, ona tapşırır. Yoxsa, 20 yaşında bir uşaq soruşur ki, bəs hansı şirkətdir.. Nə istəyirsə, yazsın. Deyirlər ki, kobud! Nə etməliyəm? Jurnalist boş-boş sual verirsə, öpüb gözümün üstünə qoymalıyam, ay bala? Yoxsa, siz bundan şou düzəldirsinizsə, düzəldin! Mənə istisi-soyuğu yoxdur belə şeylərin. İş söhbəti etmək lazımdır, şou yox.

Hacıbala Abutalubov: «İstefa yox... onun yeri zindan olacaq»- [audio]

- Amma qarşı tərəf də deyir ki, jurnalistin sual vermək haqqı var.

- Jurnalistin mənim cib telefonuma zəng etməyə ümumiyyətlə haqqı yoxdur. Var sənin haqqın mənim cib telefonuma zəng etməyə? Sual verirəm. Yoxsa, elə yerindən duran bütün günü sual verir, mən də bütün günü sizin zənglərinizə cavab verməliyəm? İşim-gücüm yoxdur? Belə çıxır, eləmi?

-Abid müəllim, jurnalistlərə qarşı sizin hansısa bir kininiz varmı?

- Jurnalistlərə.. (gülür) Uşaqsız siz, ay bala. Jurnalistləri həmişə balam bilmişəm. İndi də bilirəm. İndi bir jurnalist çıxıb ortaya şou düzəldir, məni bu maraqlandırmır, heç narahat da etmir.

-Abid müəllim, mayın 19-da Azadlıq prospektində bina yanğını ilə bağlı həbs olunanlardan biri mənzil-istismar idarəsinin müdiri idi. Sizcə, belə böyük miqyaslı faciə üçün kiçik məmurun həbsi nə qədər ədalətli sayıla bilərdi. Mənzil-istismar idarəsinin müdiri bu işdən məsul adamdırmı?

- Görürsüz, sizi məsələ maraqlandırmır? Sizi şou maraqlandırır. Bu boyda faciə olub, sizi o maraqlandırmır. Bir jurnalist, bir uşaq mənə sual verir ki, bəs ay filankəs, bəs kim tikəsidir binanı, mən də demişəm, bəs nə işinə? Bu şou yaradıb! Mən bu həbs barədə bir şey deyə bilmərəm, çünki bu mənə aid olan məsələ deyil.

-Sizin istefanızı tələb edirlər, nə deyə bilərsiz bu haqda?

-Allah hamısına kömək olsun.

-Deyirlər ki, Abid müəllim artıq 20 ildir ki, baş nazirin müavinidir, getmək vaxtıdır…

-Çox sağ olsunlar!

- Siz özünüzü yorğun saymırsız ki, bu vəzifədə?

- Oldu, Sağ olun..

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG