Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 14:06

Azərbaycan Respublika Gününü qeyd edir [Video/Foto]

1918-ci il mayın 28-də Tbilisidə Azərbaycanın müstəqilliyini elan edildi. Məhəmməd Əmin Rəsulzadənin rəhbərlik etdiyi Milli Şura tərəfindən qəbul edilən İstiqlal Bəyannaməsi bütün müsəlman dünyasında və Şərqdə ilk demokratik parlamentli respublikanın yaradıldığını bəyan etdi.

Canlı Bloq daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini vurmaqla bloqu
«vərəqləmək» olar.

13:16 28.5.2015
İsa Qəmbər
İsa Qəmbər

​İsa Qəmbər: «Faciədə ölənlərin qatili hakimiyyətdir»

«Bu gün İlham Əliyev Azərbaycandakı siyasi məhbusların, həbsdə olan jurnalist, vətəndaş cəmiyyəti nümayəndələrinin sayına görə liderlik əldə edib». Bunu Müsavat Partiyasının keçmiş lideri İsa Qəmbər Novxanıda mitinqdə çıxışında deyib.

O, Müsavatın Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 97-ci ildönümü ilə əlaqədar mayın 28-də Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə keçirdiyi tədbirdə çıxış edib.

Bildirib ki, 28 May Azərbaycan xalqı üçün ən şərəfli günlərdən biridir və artıq bütün dünyada keçirilən tədbirlərdə cümhuriyyətin qurucusunun məhz Məhmməd Əmin Rəsulzadə olduğu xüsusi vurğulanır.

İsa Qəmbər çıxışında ölkədə baş verən son olaylara, xüsusən də Binəqədi rayonunda 15 nəfərin ölümü ilə nəticələnən yanğına da münasibət bildirib:

«Hakimiyyətin acgözlüyü körpələrimizin ölümünə səbəb olur. Mayın 19-da baş verən faciədə ölənlərin qatili hakimiyyətdir, onların səhlənkarlığı, acgözlüyüdür. Xalqın təhlükəsizliyinə, azadlığına ən böyük təhdid hakimiyyətdir».

XS
SM
MD
LG