Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 14:17

Yük avtomobillərinin Bakıya girişinə qadağa qoyuldu


Foto illüstrasiya
Foto illüstrasiya

-

Paytaxt Bakıda çəkisi 5 tondan artıq olan avtomobillərin hərəkəti məhdudlaşdırılır. Onlar mayın 1-dən oktyabrın 1-dək səhər saat 7-dən axşam saat 10-dək, oktyabrın 1-dən mayın 1-dək səhər saat 7-dən axşam saat 9-dək hərəkət edə biləcəklər.

Bu haqda qərar iyulun 23-də Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının iclasında qəbul edilib. Məqsəd paytaxtda yol hərəkətini təkmilləşdirməkdir.

Gündüz saatlarında kütləsi 5 tondan artıq olan yük avtomobillərinin hərəkəti isə Yol Təhlükəsizliyi Komissiyası ilə razılaşdırılmaqla, Baş Dövlət Yol Polisi İdarəsinin xüsusi icazələri əsasında mümkün olacaq.

RAYON AVTOMOBİLLƏRİ DURACAĞA, TAKSİLƏR AVTOVAĞZALA

Komissiya Bakıya gələn ümumi istifadədə olan nəqliyyat vasitələri (avtobuslar) istisna olmaqla, digər növ avtonəqliyyat vasitələri üçün şəhərin girəcəyində ödənişsiz duracaqların təşkili ilə bağlı təkliflər hazırlamağı da tapşırıb. Bu təkliflər üç gün ərzində komissiyaya təqdim edilməlidir.

Bakıya gələn taksi avtomobilləri şəhərə daxil olmadan çatma məntəqəsi kimi Bakı Beynəlxalq Avtovağzalına getməli olacaqlar.

Qərarda Bakı-Sumqayıt-Bakı marşrutu üzrə yeni sərnişin qatarlarının bu il sentyabrın 15-dək istismara verilməsi də öz əksini tapıb.

AVTOBUS, YANĞINSÖNDÜRƏN VƏ TƏCİLİ TİBBİ YARDIM ÜÇÜNZOLAQLAR

Sənəddə qeyd olunub ki, paytaxtda marşrutlara tələbata uyğun sayda avtobusların buraxılması, dayanacaqların hərəkətə maneə yaradan yerlərdən, xüsusilə yol kəsişmələri ətrafından köçürülməsi məqsədilə zəruri tədbirlər görülsün. Şəhərdaxili avtobus marşrutlarında hərəkət cədvəllərinə və hərəkət sxemlərinə riayət olunmasına nəzarət gücləndirilsin, cərimələr tətbiq edilsin.

Eyni zamanda, paytaxtda sərnişin daşıyan avtobusların və operativ nəqliyyat vasitələrinin xüsusi zolaqla hərəkətinin təmin edilməsi məqsədilə müvafiq avtomobil yollarının siyahısı müəyyənləşdirilməlidir.

DƏRSLƏRİN SAATI DƏYİŞƏCƏK

Bundan başqa, Təhsil Nazirliyinə bir aya təhsil müəssisələrində fərqli iş qrafikinin tətbiqi barədə təkliflərin hazırlanması da tapşırılıb.

Bu il ilk dəfə Avropa Oyunları zamanı paytaxt yollarında sarı zolaqlar peyda oldu. Məqsəd Oyunlara qatılan idmançıların və başqalarının tıxacda qalmamasını təmin etmək idi. Bundan başqa, rayon qeydiyyatında olan avtomobillərin şəhərə girişi də məhdudlaşdırıldı. Nəticədə şəhərdə tıxac yaranmadı. Avropa Oyunlarından sonra hökumət bu məsələni müzakirə edəcəyini bildirmişdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG