Keçid linkləri

2024, 01 May, çərşənbə, Bakı vaxtı 21:07

Qızıl Xaç Dilqəm və Şahbazla görüşüb


Dilqəm Əsgərov
Dilqəm Əsgərov

-

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılara baş çəkiblər.

BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova apa-ya bildirib ki, başçəkmə avqustun 20-də olub.

BQXK-nın nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara ailə məlumatlarını çatdırıb, onlardan da ailələri üçün məlumat alınıb.

İ.Hüseynovanın dediyinə görə, BXQK mandatına uyğun olaraq, saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraitini və onlarla davranışı monitorinq etsin. Bu insanların ailələri ilə əlaqə saxlamasına yardımçı olsun.

Ötən ilin iyulunda Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər. Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. Onun meyiti alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda qurulan məhkəmə D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə həbs cəzasına məhkum edib.

XS
SM
MD
LG