Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 07:43

İxracatın 90 faizi dövlətin payına düşür


Yük maşınları.
Yük maşınları.

-

Azərbaycanın ixracında dövlət və özəl sektorlar arasında pay fərqinə baxanda belə təsəvvür yaranır ki, ixracatla, əsasən, dövlət məşğul olur.

Xarici ticarətə qatılanların əksəriyyəti - 2 min 750 nəfəri özəl sektorda çalışır. Bu, dövlət sektorun payından (204 nəfər) təxminən 13 dəfə artıq olsa da, ixracatın 90 faizdən çoxu məhz dövlət sektorunun payına düşür.

«GÖRÜNƏN BUDUR Kİ...»

Bu məqama toxunan iqtisadçı ekspert Natiq Cəfərli belə deyir: «Azərbaycan hökuməti tez-tez bir tezisi səsləndirir: Azərbaycanda Ümumu Daxili Məhsulun (ÜDM) 85 faizini özəl sektor buraxır. Əslində, Avropa ölkələrində bu rəqəm 95 faizi aşır və bəzi ölkələrdə isə 100 faizə yaxınlaşır. Başqa sözlə, sözügedən rəqəm, özü-özlüyündə, o qədər də pozitiv göstərici deyil. Digər tərəfdən bəla burasındadır ki, hökumətin həmin tezisi ixracatda öz əksini tapmır: 2015-ci ilin yanvar-iyul aylarında ölkəmiz təxminən 7.5 milyard ABŞ dolları məbləğində ixrac əməliyyatları aparıb. Bunun 90 faizdən çoxu, yəni 6.6 milyard ABŞ dolları dövlət sektorunun, cəmi 697 milyon 603 min dolları isə özəl sektorun payına düşüb. Görünən budur ki, özəl sektorun ixracatdakı payı ÜDM istehsalındakı payına adekvat deyil. Məhz buna görə, ÜDM-də özəl sektorun payı haqqındakı tezis mənasızlaşır və heç bir anlam qazanmır. Əsas ixrac məhsulumuz neftdir, onun da ixracatına dövlət baxır».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG