Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 03:24
Cəmil Həsənli 2014
Cəmil Həsənli 2014

AzadlıqLive - Cəmil Həsənli:"Müxalifətə yer verilməyəcək"

Azərbaycanda və dünyada baş verən xəbər və hadisələr

Azərbaycanda və dünyada baş verən xəbər və hadisələr

19:20 9.10.2015

Hərəyə 10 min

Avropa İnsan Hüquqqları Məhkəməsi Azərbaycan hökumətini cərimələdi.

Məhkəmə oktyabrın 8-də 2010-cu ildə keçirilən parlament seçkiləri zamanı deputatlığa namizəd Fuad Qəhrəmanlı, Namizəd Səfərov və Zəlimxan Məmmədlinin işini araşdıraraq onların xeyrinə qərar çıxarıb.

Qərara əsasən Azərbaycan hakimiyyəti mənəvi ziyana görə onların hər birinə 10 min avro məbləğində təzminat ödəməlidir.

18:28 9.10.2015

Aziz Sancar:"Biz adətən ölkəmizi tənqid etməyi sevirik. Ancaq bizim ölkəmizdə çox gözəl təhsil var."

"BBC sual verdi ki, “siz ərəbsiniz, qismən türksünüz?” Dedim ki, “ərəbcə və kürdcə danışmıram, mən türkəm”.-

Bunu kimya üzrə "Nobel" alan Aziz Sancar deyir. Türkiyədə br çoxları ondan xərçəng xəstəliyinin əlacını tapacağını gözləyir, ancaq o deyir ki, xərçəngin mexanizmini tapmaq, onun müalicəsini tapmaq deyil.

15:03 9.10.2015

Prezident rəqs edir (video)

Argentina prezidenti Cristina Fernandez de Kirchner hakim partiyanın mitinqinə gəlib ki, öz siyasi varisi - Daniel Scioliyə dəstək bildirsin.

Ancaq bu mitinqdə Kirchnerin rəqsi daha böyük maraq doğurub. Prezident seçkisi isə oktyabrın 25-dədir.

15:02 9.10.2015

Borcalanların sayı bir ildə 13 faiz artıb

2014-cü ilin avqust ayı ilə müqayisədə 2015-ci ilin eyni dövründə kredit təşkilatlarından borcalanların sayı 13,36%, başqa sözlə, 293 334 nəfər artaraq bu ilin sentyabr ayının 1-ə 2 mln. 488 min 300 nəfərə çatıb.

“APA-Economics”in Mərkəzi Banka istinadən yaydığı məlumata görə, bunun 11 min 128 nəfəri hüquqi, 2 mln. 454 min 2-si fiziki şəxs, 23 min 170 nəfəri sahibkarlıq subyektidir.

Davamı

XS
SM
MD
LG