Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 10:08

Eldar Mahmudovun həbsinə hazırlıq gedir


-

«Azadlıq» qəzeti yazır ki, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun həbsinə hazırlıq gedir:

««MTN işi» ilə bağlı istintaq Eldar Mahmudovun həbsinə aparır. «Azadlıq»a sızan məlumatlara görə, MTN-in keçmiş şefi hazırda tam təcrid olunmuş vəziyyətdədir. Onun bir kimsə ilə ünsiyyət qurmaq imkanı tanınmayıb. Hətta evindəki telefonlardan belə istifadə etmək hüququ yoxdur. Eldar Mahmudovun bu dərəcədə təcrid olunması onun hansısa bilgiləri ictimailəşdirə biləcəyi narahatlığından da irəli gələ bilər».

Maşın bazarı
Maşın bazarı

AVTOMOBİL BAZARI ÇÖKÜB, SIĞORTA ŞİRKƏTLƏRİ CAN ÜSTƏDİR

«Bizim Yol» qəzeti yazır ki, iki ilə yaxındır ki, «Avro 4» standartlarının tətbiqi və bankların avtomobil kreditlərinə qoyduğu məhdudiyyətlər avtomobil idxalını kəskin azaldıb:

«Baxmayaraq ki, məhdudiyyətlərin üzərindən zaman keçib, amma bazar hələ də özünə gələ bilmir. Dövlət Gömrük Komitəsinin məlumatından məlum olur ki, 2013-cü ildə 104.3 min ədəd nəqliyyat vasitəsi xaricdən gətirilmişdisə, 2014-cü ildə bu rəqəm 63.3 min ədədə düşüb. Azalma tendensiyası bu il də davam edəcək. Alıcıların sayı azalıb, alqı-satqı əməliyyatları kəskin şəkildə aşağı düşüb. Əslində, idxal azalırsa, deməli, bazarda təklif də aşağı düşüb. Təklif azalanda isə qiymətlər bahalaşmalıdır. Amma Azərbaycandaqiymətlər istər MDB, istərsə də digər ölkələrlə müqayisədə olduqca yüksəkdir».

ATƏT müşahidəçiləri
ATƏT müşahidəçiləri

SEÇKİLƏRI MÜŞAHİDƏ ETMƏMƏK TƏZYİQ VASİTƏSİ KİMİ FAYDASIZDIR

«Azərbaycan» qəzeti yazır ki, parlament seçkiləri başa çatsa da, seçkilərə beynəlxalq ictimaiyyətin münasibəti həmişə maraq doğurur:

«Seçkiləri izləməyən, yaxud izləmək istəməyən xarici dairələrin mövqeyi təəccüb doğurur. Məsələn, Avropa Parlamentinin sədri Martin Schulz ölkəmizdə keçirilmiş son parlament seçkilərinin antidemokratik olduğunu iddia edir. ABŞ Dövlət Departamenti isə yaydığı bəyanatda Azərbaycan hökumətinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) parlament seçkilərini izləmək üçün lazımi sayda (?) müşahidəçi göndərməsinə icazə verməməsindən və bu səbəbdən DTİHB-nin seçkiləri izləyə bilməməsindən təəssüfləndiyini bildirir. Qəribədir. Görəsən, ABŞ Dövlət Departamenti nəyə görə çoxsaylı beynəlxalq təşkilatların, o cümlədən AŞ PA-nın müşahidə missiyalarının rəylərini yox, məhz seçkiləri müşahidə etməmiş DTİHB-nin davranışını seçkilərə münasibət bildirmək üçün çıxış nöqtəsi sayır?».

Radar
Radar

YOL POLİSİNDƏN SÜRÜCÜLƏRƏ RADAR TƏLƏSİ

avtosfer.az saytı yazır ki, Yevlax-Gəncə yolunda analoqu olmayan radar aşkarlanıb.

avtosfer.az-ın əməkdaşları sürücülərdən daxil olan məlumatlar əsasında qeyd olunan yolda müşahidələr aparıblar və işıq dirəyində gizlədilmiş radar üzə çıxıb:

«Əməkdaşlarımızın çəkdiyi videodan aydın olur ki, beton dirək əslində yolu işıqlandırmaq üçün nəzərdə tutulmayıb. Bu dirək elektrik naqillərini ötürmək üçündür. Lakin Yevlax-Gəncə yolunun Gəncə şəhəri istiqamətində gizli şəkildə həmin dirəyin başına dəmir plafon qoyulub. Plafonun içərisinə isə yüksək peşəkarlıqla radar qurğusu yerləşdirilib. Kənardan baxanda, bunu sadəcə olaraq yolu işıqlandırmaq üçün nəzərdə tutulan işıq dirəyi zənn etmək olar. Amma yolun o hissəsində bu dirəkdən başqa işıq dirəyi yoxdur.

Bu qurğu elə yerdə yerləşdirilib ki, həmin yolu hər iki istiqamətdən çəkir. Yəni, Gəncəyə gedənlər də, gələnlər də bu radarın hədəfinə tuş gələ bilər».

Həmçinin baxın: Youtube-da Azadliq A-Live programını izləyin

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG