Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 14:16

'The Washington Post': ABŞ-ın Rusiyaya xəbərdarlığında konkret 'Crocus'un adı olub


Terror hücumu qurbanlarının xatirə guşəsi
Terror hücumu qurbanlarının xatirə guşəsi

The Washington Post qəzeti məsələ ilə yaxından tanış iki ABŞ məmuruna istinadla yazır ki, ABŞ-ın martın əvvəllərində Rusiya xüsusi xidmətlərinə ötürdüyü informasiyada Crocus City Hall konsert zalının adı çəkilib.

Qəzet yazır ki, “Vaşinqtonun xəbərdarlığındakı yüksək konkretlik Moskvanın məlumatın “ümumi” olduğuna dair reaksiyası ilə tam ziddiyyət təşkil edir”.

Qəzetin mənbələri bildirirlər ki, Vaşinqton müntəzəm olaraq xarici ölkələrlə mümkün terror hücumlarına dair məxfi informasiyaları bölüşür, amma xəbərdarlıqda potensial hədəfin dəqiq göstərilməsi nadir haldır.

Mənbənin dediyinə görə həddən artıq dəqiq məlumat ABŞ xüsusi xidmətlərinin informasiyanı əldə etmək kanallarına ziyan vura bilər.

Bu halda məxfi informasiyanın mənbələri də ifşa olunmaq təhlükəsi ilə üzləşə bilər.

Qəzetin yazdığına görə bununla belə konsert zalında mümkün terror aktı Rusiyadakı amerikalılar üçün də potensial təhlükə yarada bilərdi.

Sinaqoqa hücumun qarşısı alınıb, Crocus-a yox

Qəzetin yazdığına görə ABŞ-ın xüsusi xidmətləri hazırlanan terror aktı barədə məlumatı FTX-yə martın 6-da çatdırıblar.

ABŞ səfirliyi bir gün sonra Moskvada terror aktı təhlükəsi barədə xəbərdarlıq yayıb.

Bu da qeyd olunmalıdır ki, məlumatda terrorun konsert zamanı baş verə biləcəyi vurğulanırdı.

Mənbələrdən birinin dediyinə görə ABŞ Rusiya hakimiyyət orqanlarına habelə Moskvadakı sinaqoqa terror hücumu ola biləcəyini bildirmişdi.

FTX martın 7-də Moskva sinaqoqunda terror aktının qarşısının alındığını bildirmişdi.

Qəzet yazır:

"İlkin xəbərdarlıqdan sonra niyə təhlükəsizliyin gücləndirilməsi və yüksək səviyyədə saxlanması tədbirlərinin görülməməsi məlum deyil. Ola bilsin, Rusiya xüsusi xidmətləri 7 martdan sonrakı günlərdə hücumun olmamasından bu nəticəyə gəliblər ki, ABŞ-ın məlumatı doğru olmayıb”.

Bundan əvvəl

Moskva ətrafındakı Crocus City Hall konsert zalına hücum martın 22-də, axşam saatlarında baş verib.

Həmin vaxt konsert zalında 6000 tamaşaçı olub. Elə bu vaxt bir qrup silahlı şəxs zala daxil olaraq adamlara atəş açmağa başlayıb.

Konsert zalının binası yanıb və daha sonra uçub. Hadisə nəticəsində 144 nəfərin öldüyü və daha 380 nəfərin xəsarət aldığı xəbər verilir.

Rusiya İstintaq Komitəsi bundan əvvəl bu hücumla əlaqədar 12 şübhəlinin saxlandığını bildirmişdi.

Onlardan on nəfərinin Tacikistan vətəndaşı olduğu deyilirdi.

Konsert zalına bu qanlı hücuma görə məsuliyyəti öz üzərinə İslam Dövləti ekstremist təşkilatı götürüb.

ABŞ və başqa Qərb ölkələri terrorun məhz bu təşkilat tərəfindən törədilməsində əmindirlər.

Amma başda prezident Vladimir Putin olmaqla Rusiya rəsmiləri terror aktını Ukraynaya bağlamağa səy göstərirlər.

Kiyev bu iddiaları qətiyyətlə rədd edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG