Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 06:23

İraqda İrana bağlı qruplaşmanın komandanı ABŞ-ın hava zərbəsi ilə öldürülüb


Əbu Bağır əs-Sədinin dəfni
Əbu Bağır əs-Sədinin dəfni

İraqda İran tərəfindən dəstəklənən Kətaib Hizbullah qruplaşmasının komandanı ABŞ-ın hava zərbəsi nəticəsində öldürülüb.

Reuters yazır ki, Pentaqon ötən ay İordaniya-Suriya sərhədində həlak olmuş üç amerikalı hərbçinin ölümünə görə məhz bu qruplaşmanı ittiham edirdi.

Pentaqonun bu barədə məlumatında deyilir:

"ABŞ qüvvələri İraqda ABŞ hərbçilərinə hücumlara birtərəfli qaydada cavab olaraq Kətaib Hizbullahın regiondakı ABŞ qüvvələrinə hücumlarını birbaşa planlaşdıran və icra edən komandanını məhv edib”.

Məlumatda söhbətin hansı komandandan getdiyi açıqlanmır.

Bu da xəbər verilir ki, bu zərbə nəticəsində mülkilər arasında itki müşahidə olunmayıb.

Reuters agentliyinə adlarının çəkilməməsi şərtilə danışan iki mənbə bildirib ki, söhbət Əbu Bağır əs-Sədidən gedir və o Bağdadın şərqində avtomobilə dron zərbəsi nəticəsində həlak olub.

“Kətaib Hizbullahın dəst-xətti”

Mənbələrdən biri deyib ki, zərbə nəticəsində maşında olan üç nəfər öldürülüb. O deyib ki, bu avtomobil İraqın Xalq Səfərbərlik Qüvvələrinin istifadəsində idi.

Bu qüvvələr dövlət birləşməsi hesab olunsa da, əslində çoxu İrana bağlı olan silahlı qruplaşmalardan ibarətdir.

Kətaib Hizbullah təşkilatı da Xalq Səfərbərlik Qüvvələrinə daxildir.

Yanvar ayında İordaniya-Suriya sərhədindəki bazaya dron hücumu nəticəsində üç amerikalı hərbçi öldürüləndə Pentaqon bildirmişdi ki, “bu, məhz Kətaib Hizbullahın dəst-xəttidir”.

Bundan sonra qruplaşma regiondakı ABŞ qoşunlarına hücumları dayandırdığını bəyan etmişdi.

“Bu hələ qisasın başlanğıcıdır”

Reuters yazır ki, ötən oktyabrda Qəzzada müharibə başlanandan bəri İraq və Suriiya İrana bağlı silahlı qruplaşmalarla ABŞ qoşunları arasında qarşılqılı zərbələrin şahidi olurlar.

ABŞ üç hərbçisinin öldürülməsinə cavab olaraq ötən həftəsonu İraq və Suriyada İrana bağlı qruplaşmalara zərbələrinin “hələ qisasın başlanğıcı” olduğunu bəyan edib.

Yanvar ayında ABŞ-ın dron zərbəsi ilə Bağdadın mərkəzində yüksək rütbəli yaraqlı öldürülmüşdü.

Fevralın 7-də İraqın xüsusi qüvvələri yüksək həyəcan vəziyyətinə gətirilib, Bağdadda ABŞ səfirliyi də daxil diplomatik missiyaların mənzilləndiyi “Yaşıl zonaya” əlavə qüvvələr yerləşdirilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG