Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 18:54

Ərdoğan Baydenlə ilk dəfə Ağ Evdə görüşəcək


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 9-da ABŞ-a səfər edəcək.

Reuters yazır ki, bu məlumatı martın 29-da Türkiyənin təhlükəsizlik rəsmilərindən biri verib.

Bu, Türkiyə prezidentinin Co Bayden administrasiyasının hakimiyyəti dövründə Vaşinqtona ilk səfəri olacaq.

Ərdoğan son dəfə Vaşinqtonda 2019-cu ildə olmuş və ovaxtkı prezident Donald Trampla görüşmüşdü.

Reuters yazır ki, Türkiyə Bayden 2020-ci ildə prezident seçiləndən bəri iki ölkə liderinin üzbəüz görüşünü gözləməkdə idi.

Ötən müddət ərazində Ankara ilə Vaşinqton arasında münasibətlər müxtəlif məsələlərlə bağlı xeyli gərgin olub.

İki ölkə arasında çətin məqamlar

Bu məsələlərdən biri də Türkiyənin İsveçin NATO-ya üzvlüyü məsələsini uzun müdət əngəlləməsi idi.

Ankara Stokholmu Türkiyədə terrorçu kimi axtarışda olan şəxslərə, xüsusilə də Kürdüstan İşçi Partiyası – PKK fəallarına sığınacaq verməkdə və onları himayə etməkdə günahlandırırdı.

Bu səbəbdən İsveçin NATO sənədlərinin Türkiyə parlamentində ratifikasiya olunması 20 ay çəkmişdi. Türkiyə nəhayət yanvar ayında bu addımı atdıqdan sonra Vaşinqtonla Ankaranın münasibətlərində istiləşmə hiss olunur.

Buna baxmayaraq münasibətlərdəki bəzi problemlər hələ də qalır. ABŞ Suriyada Ankaranın terrorçu hesab etdiyi kürd yaraqlıları ilə müttəfiqlik edir.

Öz növbəsində Vaşinqton Ankaraya Rusiyaya sanksiyalardan yan keçməkdə köməklik etdiyinə görə bir neçə dəfə xəbərdarlıq edib.

Gündəlik barədə ehtimallar

Reuters yazır ki, sözü gedən təhlükəsizlik rəsmisi səfərin başqa detallarını açıqlamayıb, amma bildirib ki, səfər zamanı Ərdoğanın müşaviri İbrahim Kalın ABŞ Nümayəndələr Palatasının üzvləri ilə görüşəcək.

Martın 28-də və 29-da Türkiyənin xarici işlər naziri Hakan Fidan və müdafiə naziri Yaşar Güler ABŞ nümayəndə heyətləri ilə görüşüblər.

Reuters yazır ki, bu xəbərlə bağlı Vaşinqton və ya ABŞ-ın Türkiyədəki səfirliyi heç bir şərh verməyiblər.

Təhlilçilər bildirirlər ki, Bayden və Ərdoğanın habelə İsrail-HƏMAS müharibəsini və Türkiyəyə ABŞ istehsalı F-16 qırıcılarının verilməsi məsələsini müzakirə edəcəkləri gözlənilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG