Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 21:19

İran Nobel mükafatlı Nərgiz Məhəmmədinin cəza müddətini uzadıb


Nərgiz Məhəmmədi
Nərgiz Məhəmmədi

İranda məhkəmə Nobel Sülh mükafatı laureatı Nərgiz Məhəmmədinin cəza müddətini 15 ay da uzadıb.

Məhkəmənin hökmündə deyilir ki, Məhəmmədi həbsxana divarları arasında İslam Respublikası əleyhinə “təbliğatı” davam etdirib.

Məhəmmədinin ailəsi bu barədə məlumatı Instagram səhifəsində yayıb.

Məlumatda deyilir ki, Məhəmmədiyə qarşı yeni ittiham Kəşfiyyat Nazirliyi tərəfindən irəli sürülüb.

Nobel mükafatçısı son məhkəmə iclasına getməyib və hökm onun iştirakı olmadan elan olunub.

Yeni qadağanlar

Məhkəmə hökmü həbsxana cəzasını uzatmaqdan əlavə, həm də Məhəmmədinin 2 il müddətində Tehrana və xaricə səfərlərini, həmin müddətdə smartfondan istifadəsini və siyasi qruplara qoşulmasını qadağan edib.

Ailəsi bildirir ki, bu, 51 yaşlı Məhəmmədinin 2021-ci ilin martından bəri beşinci, həbsdə olduğu müddətdə isə üçüncü məhkumluğudur.

Xəbərdə deyilir ki, Məhəmmədinin həbs müddətinin uzadılmasına dair hökmdən əvvəl o artıq “milli təhlükəsizliyə və dövlətə qarşı təbliğat” ittihamı ilə 10 il 9 ay azadlqıdan məhrumetmə cəzasını çəkirdi.

Bu da bildirilir ki, Məhəmmədi barədə hökmdə 154 şallaq da var və bu cəza hələ icra olunmayıb.

Son hökm gözlənilmirdi

2010-cu ildən bəri davamlı olaraq həbsxanada olan Məhəmmədi məhbəsdəki vəziyyət və qadın məhbuslara qarşı zorakılıqlar kimi məsələləri qaldırıb.

2023-cü ildə Nobel Sülh mükafatına layiq görülmüş Nərgiz Məhəmmədi onilliklər boyunca insan haqlarını müdafiə edib və son 20 ildə fasilələrlə həbsxanaya salınıb.

Onun Nobel mükafatı Osloda yeniyetmə övladlarına təqdim olunub və onlar analarının bəyanatını oxuyublar.

Məhəmmədi bu bəyanatda İran hakimiyyətini “zülmkar” adlandırıb.

Burası da var ki, Məhəmmədiyə qarşı son hökmün çıxarılması gözlənilmirdi. Belə ki, İran ədliyyəsinin sözçüsü az əvvəl bəyan etmişdi ki, mediada Məhəmmədiyə aid edilən bəyanatları o verməyib.

Bundan əvvəl 2023-cü ilin noyabrında Oskar mükafatlı aktrisa Ancelina Coli Məhəmmədidən Time jurnalı üçün müsahibə almışdı.

ABŞ-da mənzillənmiş Freedom House təşkilatının hesabatında İran insan haqlarını ən kobud pozan ölkələrdən biri hesab edilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG