Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 09:01

Britaniya Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərini Ukraynaya verməyə hazırdır


Britaniyanın xarici işlər naziri Devid Kemeron
Britaniyanın xarici işlər naziri Devid Kemeron

Britaniya Rusiya Mərkəzi Bankının bütün dondurulmuş aktivlərini Kiyevə istiqraz şəklində verməyə hazırdır.

Bu isə o deməkdir ki, Rusiya Ukraynada müharibə bitdikdən sonra bu istiqrazlar üzrə təzminat ödəməli olacaq.

The Guardian qəzeti yazır ki, bunları Britaniyanın xarici işlər naziri Devid Kemeron deyib:

“Burada sindikasiyalı kredit və ya borc öhdəliyi kimi nələrdənsə istifadə etmək imkanı var. Bu, vəsaitin ukraynalılara verilməsi üçün Rusiyanın dondurulmuş aktivlərindən əmanət kimi istifadə imkanı verir. Bu halda biz nəzərdə tuturuq ki, Rusiyanın təzminat ödədiyi vaxt biz pulları qaytara biləcəyik”.

Bu planın arxasında ABŞ dayanır?

Bu plana görə Rusiya təzminatları ödədikdən sonra əmanət qaytarılacaq və Moskva öz aktivlərinə çıxış əldə edəcək.

The Guardian yazır ki, bu təklif Rusiya aktivlərinə dair Avropa İttifaqında müzakirə olunan təkliflərdən daha radikaldır.

Aİ Kiyevə Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərinin yalnız gəlirinin verilməsini nəzərdə tutan qərar qəbul edib.

Bu aktivlərdən gələn illik gəlir 4 milyard dollar civarındadır.

The Guardian-ın yazdığına görə bu, Kemeronun bu təklif haqqında belə detallı danışdığı ilk dəfədir.

Qəzet təxmin edir ki, böyük bir ehtimalla bu təklif Aİ tərəfindən deyil, ABŞ tərəfindən dəstəklənir.

Bu barədə rəsmi açıqlama verilməsə də...

Böyük yeddilərin – G7 qrupu artıq bir ildən çoxdur ki, Rusiya Mərkəzi bankının dondurulmuş aktivlərinin beynəlxalq maliyyə sisteminə etimadı sarsıtmadan müsadirəsi mümkünlüyünü müzakirə edir.

The Guardian yazır ki, bu barədə rəsmi açıqlama verilməsə də, Britaniyada Rusiya Mərkəzi Bankının təqribən 25 milyard funt sterlinqlik (32 milyard dollar) aktivləri dondurulub.

Ümumilikdə isə Qərb ölkələrində Rusiya MB-nin 300 milyard dollarlıq ehtiyatları dondurulub.

2023-cü il ərzində Euroclear depozit fondu Avropa İttifaqının qərarı ilə Rusiya aktivlərindən istifadə etməklə 4.4 milyard avro qazanıb.

Moskva sanksiyalara görə nə bu aktivlərdən, nə də onların faiz gəlirlərindən istifadə edə bilmir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG