Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 10:35

QMİ azyaşlı qızların ailə qurması məsələsini müzakirə edib


Dekabrın 27-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Qazılar Şurasının üzvləri və İdarənin yerlərdəki səlahiyyətli nümayəndələrinin toplantısında erkən nikahlarla bağlı məsələ gündəmə gəlib.

Bu barədə QMİ məlumat yayıb.

Toplantıda Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin rəsmiləri də iştirak ediblər.

Məlumatda bildirilir ki, iclasda il ərzində çap olunan moizələr kitabı, vahid təqvimin hazırlanması, bölgələrdəki qazilərə kompüterlərin paylanması və moizələrin elektron poçt vasitəsilə onlara çatdırılmasından təqdirəlayiq hallar kimi bəhs edilib.

Toplantıda eyni zamanda cəmiyyəti narahat edən bir sıra məsələlərə münasibət bildirildiyi də vurğulanır:

“Erkən nikahlarla bağlı məsələ gündəmə çıxarıldı. Azyaşlı qızların ailə qurması kimi hallarla bağlı din xadimləri xüsusi vurğuladılar ki, bu məsələyə dair Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının 23 noyabr 2002-ci il tarixli Fətvası var. Fətvada deyilir ki, dini nikah mərasimi rəsmi dövlət qeydiyyatı idarələrində rəsmən qeydiyyat aparıldıqdan sonra icra edilə bilər. Bu o deməkdir ki, QMİ-nin rəsmi din xadimləri yalnız dövlətin qeydə aldığı nikah üçün dini nikah oxuya bilər”

Məlumatda vurğulandığına görə, bu qaydaya riayət etməyən din xadimlərinə münasibətdə cəza tədbirləri görüləcək.

“Azərbaycanda evlənmək üçün yaş həddi həm oglanlar, həm də qızlar üçün 18 (müstəsna hallarda 17) yaş göstərilir. Bu da dövlətimizin qanunlarına müvafiqdir”, açıqlamada qeyd edilib.

Tədbirdə bildirilib ki, erkən nikahlar mənfi hallara gətirib çıxarır.

Xatırlatma

Ölkə mətbuatında yer alan bəzi yazılara görə, ölkənin bir sıra bölgələrində erkən nikah hallarına rast gəlinir.

Həmin yazılarda irəli sürülən iddialara görə, belə evlənən gənclərin yaşı rəsmi nikaha düşmədiyindən onların arasında yalnız dini nikah bağlanır. Xüsusilə də bəzi azyaşlı qızların bu şəkildə evliliyə cəlb edildiyi bildirilir.

Bir neçə gün öncə isə “Azərbaycanda İnsan Kapitalı üzrə forumu”nda iştirak edən təhsil naziri Ceyhun Bayramova, İsveçrənin Cənubi Qafqaz üzrə Əməkdaşlıq Ofisinin regional direktor müavini Simona Haberli belə bir sual vermişdi: “Lənkəran, Lerik və Astaranın əksər məktəblərinin siniflərində bir nəfər də olsun qız yoxdur. Bu, heç də yaxşı hal deyil. Cənab nazir, siz bu məsələyə necə baxırsınız?”

Nazirin cavabı isə belə olmuşdu: “Bu bizi ağrıdan məsələlərdəndir. Müxtəlif regionlarda mənzərə fərqlidir. Bəzi yerlərdə təhsilin səviyyəsi və keyfiyyəti şəhər məktəblərinə yaxındır. Dediyiniz regionlarda isə vəziyyət fərqlidir... Artıq bir müddətdir ki, valideynlərlə işləməyə üstünlük veririk. Görürük ki, bu üsul daha effektivdir. 2019-cu ildən bunu daha da genişləndirəcəyik”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG