Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 19:49

Bəraət alan auditor: 'Narkotiki evimə Nərimanov polisi atdı...'


Narkotikə görə cəzalar necə sərtləşdirilib?
Gözlə

No media source currently available

0:00 0:02:50 0:00

Narkotikə görə cəzalar necə sərtləşdirilib?

1.5 kiloqramdan artıq narkotik ittihamı ilə bir ildir həbsdə saxlanılan Emin Zeynalov bəraət alaraq azadlığa çıxıb. Yanvarın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun haqqında bəraət hökmü çıxarılıb.

38-yaşlı Zeynalov ali təhsillidir, audit təşkilatında işləyib. Məhkəmədə bildirib ki, narkotik istifadəçisi olub, buna görə də çox peşmandır. Lakin heç vaxt narkotikin satışı ilə məşğul olmayıb.

İttiham

İttihama əsasən, Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları onun üstündən, ardınca da evindən ümumilikdə 1 kiloqram 660 qram narkotik tapıblar. Zeynalov isə deyir ki, yalandır, üstündən və evindən tapıldığı iddia olunan narkotikin ona aidiyyəti yoxdur. Onun sözlərinə görə, həmin narkotik maddəni polis əməkdaşlarının özləri qoyub, sonra da ondan aşkarlanmış kimi təqdim ediblər. O, həmçinin tutularkən Nərimanov Rayon Polis İdarəsində təzyiqlərə məruz qaldığını, döyüldüyünü də vurğulayıb.

Yanvarın 18-də hökmdən öncə son sözündə Zeynalov narkotik istifadə etdiyinə görə peşman olduğunu bir daha dilə gətirib və məhkəmədən narkotik satışı ittihamı üzrə ona bəraət verilməsini istəyib.

Emin Zeynalov həbs olunduğu ilk günlərdə - 2022-ci ilin fevralında Daxili İşlər Nazirliyi açıqlama yayıb ki, ondan 1 kiloqram 660 qram heroin tapılıb. Nazirliyə istinadən bu açıqlama xeyli informasiya resurslarında da tirajlanıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG