Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 18:54

Özbəkistan Rusiyadakı vətəndaşlarını yerli təhlükəsizlik tədbirlərinə tabe olmağa çağırır


Moskvada sənədlərin yoxlanması
Moskvada sənədlərin yoxlanması

Özbəkistan Rusiyada işləyən vətəndaşlarını, ötən həftənin terror hücumunun ardınca bu ölkədə sərtləşdirilmiş təhlükəsizlik qaydalarına tabe olmağa çağırıb.

Xəbər verilir ki, Moskva ətrafındakı konsert zalına qanlı basqının ardınca Mərkəzi Asiyadan olan əməkçi miqrantlar daha böyük təzyiqlərlə üzləşirlər.

Rusiya hakimiyyəti bu hücumla əlaqədar dörd etnik tacik də daxil 11 şübhəlinin saxlandığını bildirib.

Hücum nəticəsində həlak olanların sayı 143 nəfərə çatıb.

Martın 24-də Moskva məhkəməsi sözü gedən 4 Tacikistan vətəndaşının məhkəməyə qədər ən tezi mayın 22-dək saxlanması barədə qərar verib.

Mərkəzi Asiya əsilli daha dörd şübhəli də məhkəməyə qədər iki ay müddətinə həbs edilib.

Özbəkistan miqrasiya agentliyinin tövsiyələri

Özbəkistanın Miqrasiya Agentliyi martın 27-də Rusiyaya gedən, oradan qayıdan və ya orada işləyən Özbəkistan vətəndaşlarını “kimlik, məskunluq və iş icazəsini təsdiq edən sənədləri daim üstlərində gəzdirməyə” çağırıb:

"Əsaslı səbəb olmadan ictimai yerlərə getməyin, tanımadığınız və şübhəli görünən şəxslərlə danışmayın, telefonunuzda və başqa cihazlarınızda qadağan olunmuş, foto, audio və video materiallarını yerləşdirməyin”.

Agentlik habelə Rusiyadan başqa yerlərə səfər edən Özbəkistan vətəndaşlarına mümkün təhlükəsizlik yoxlamalarını nəzərə alaraq hava limanlarına və qatar stansiyalarına vaxtından xeyli əvvəl gəlmələrini tövsiyə edir.

AzadlıqRadiosu müxbirləri son günlərdə Mərkəzi Asiyadan olan onlarca miqrantla söhbət ediblər.

Onlar bildirirlər ki, Rusiyada miqrantlara olan onsuz da mənfi münasibət sözü gedən hücumdan sonra daha da pisləşib.

Bu həftə Özbəkistan və Tacikistandan olan bir neçə əməkçi miqrant Moskvada saxlanmış və 10 saat davam edən sorğu-suala tutulmuşdu.

Mərkəzi Asiya miqrantlarına hücum və təhdidlər

Bu da bildirilir ki, sahibi Mərkəzi Asiyadan olan obyektlərdə qəfil yoxlama və təftişlər başlanıb.

Son günlərdə tacik miqrantlara aid olan bizneslərin yandırılması, onların özlərinin isə döyülməsinə dair xəbərlər yayılmaqdadır.

Etnik tacik olan bir neçə taksi sürücüsü kimlikləri bilinəndə sifarişlərinin ləğv olunmasından şikayət edib.

Bu həftənin əvvəllərində Qırğızıstan hökuməti ölkə vətəndaşlarına Rusiyaya səfərə çıxmamağı tövsiyə edib.

Xəbər verilir ki, Türkmənistan hökuməti Rusiyada təhsil alan türkmən tələbələri vətənə qaytarmaq barədə düşünür.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG