Keçid linkləri

2024, 01 May, çərşənbə, Bakı vaxtı 20:20

Qərb müttəfiqləri Ukraynanın xilası üçün 'Patriot' raketləri axtarır


ABŞ istehsalı Patriot hava hücumundan müdafiə raket sistemləri Polşada (Arxiv fotosu)
ABŞ istehsalı Patriot hava hücumundan müdafiə raket sistemləri Polşada (Arxiv fotosu)

NATO hazırda Ukraynaya çox sayda hava hücumundan müdafiə (HHM) sistemləri göndərmək üzərində işləyir.

Bunu Böyük 7-lərin G7 qrupu xarici işlər nazirlərinin görüşündə iştirak edən NATO baş katibi Yens Stoltenberq bəyan edib:

"Biz NATO-da olan müxtəlif HHM sistemləri barədə məlumatlar toplamışıq. Diqqətimizi Patriot sistemlərinə yönəltmişik. Biz müttəfiqlərimizlə birlikdə işləyirik ki, onlar özlərində olan bu sistemlərin bir hissəsini Ukraynaya versinlər”.

Onun sözlərinə görə Ukraynaya başqa HHM sistemləri, o cümlədən NASAMS kompleksləri də verilə bilər:

"HHM sistemlərinin gecikdirilməsi o deməkdir ki, daha çox Rusiya raketi Ukraynadakı hədəflərini vura biləcək”.

Bu arada Avropa İttifaqının xarici işlər komissarı Jozep Borrel də Avropa İttifaqı ölkələrini Ukraynaya HHM sistemlərinin verilməsinə çağırıb.

O deyib ki, Ukraynanın enerji sistemləri Rusiya ordusunun intensiv zərbələrinə məruz qalır:

"Əks halda Ukraynanın energetika sistemi məhv ediləcək. Evində, zavodlarında və başqa yerlərdə elektriki olmayan heç bir ölkə döyüşə bilməz”.

İsraillə Ukraynaya fərq qoyulur

Aprelin 18-də İtaliyanın Kapri adasında G7 qrupu ölkələri xarici işlər nazirləri arasında ikinci görüş olub.

Aİ XİN başçıları deyiblər ki, Ukrayna çox sayda hava hücumundan müdafiə sistemləri almasa, müharibədə məğlub ola bilər.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib ki, Qərb İsrailə Ukraynadan fərqli yanaşır.

O bildirib ki, İran İsrail üzərinə raket və dronlarını buraxanda ABŞ, Britaniya və Fransa onların vurulmasında iştirak edirdi:

"Belə görünür ki, bizim partnyorlarımızın İsrailə yönəlik münasibətləri ziyan və ölümlərin qarşısının alınmasıdır. Son aylarda partnyorlarımızın Ukraynaya münasibəti isə bizim ziyandan özümüzə gəlməyimizdə bizə kömək etməkdir. Buna görə də, bizim bugünkü məqsədimiz partnyorlarımızla birlikdə elə mexanizm tapmaqdır ki, Ukraynada dağıntı və ölümlərin qarşısını ala bilək”.

Almaniya kömək əlini uzadıb

Almaniya kansleri Olaf Şolts da NATO ölkələrini Ukrayna üçün daha 6 ədəd Patriot hava hücumundan müdafiə sistemi tapmağa çağırıb:

"Biz bilirik ki, Ukrayna hazırda bizim köməyimizə möhtacdır. Ona aydın siqnal lazımdır ki, bu kömək daimi əsasda uzun müddət davam etdiriləcək”.

Aİ sammitinin ikinci günüdə Almaniya kansleri bildirib ki, Berlin Kiyevə artıq 3 ədəd Patriot sistemi verib:

"Biz eşitmişik ki, indi daha yeddi ədəd belə sistemə ehtiyac var. Birini biz vermişik. Ümid edirik ki, NATO kontekstində daha 6 sistem tapılacaq. Mən bütün imkanlardan istifadə edərək bu məsələni qaldırıram”.

Bəs ABŞ-ın yardımı nə vaxt gələcək?

Bu arada ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yeni yardım paketi haqqında qanun layihəsini öz internet saytında dərc edib.

Bu layihədə Ukraynaya 60 milyard dollar məbləğində maliyyə yardımı, uzaqvuran ATACMS raketləri və ödənişlər üçün kredit sisteminə keçilməsi təklif edilir.

ATACMS raketləri 300 kilometr məsafədə olan hədəfləri vura bilir. Kiyev bu raketlərin məhz maksimum uzaqvuran modellərinin ona verilməsini çoxdan rica etmişdi.

Bununla belə qanun layihəsində deyilir ki, ABŞ prezidenti uzaqvuran raketlərin təchizatının ölkənin milli təhlükəsizlik maraqlarına ziyan vura biləcəyini hesab edərsə, bu silahların Kiyevə verilməsini təxirə sala bilər.

Prezidnet Co Bayden artıq layihəni bəyənib və Konqresi onu mümkün qədər tez qəbul etməyə çağırıb.

Bəzi məlumatlara görə qanun layihəsi aprelin 20-də səsə qoyulacaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG