Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 23:44

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir


Azad Avropa/Azadlıq Radioları (RFE/RL) Korporasiyası 2025-ci ilin Vaslav Havel - Jurnalistika üzrə Təqaüd Proqramı elan edir.

Təqaüd proqramının məqsədi öz ölkələrində azadlığı məhdudlaşan, bu üzdən peşə fəaliyyətinə çətinlik yaranan jurnalistlərə dəstək olmaqdır.

Proqram Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Rusiya və Ukraynadan ərizələrə açıqdır.

Onun müddəti altı aydır (1 yanvar 2025-30 iyun 2025). Təqaüdçülərə radionun Praqadakı baş ofisində təlimlər keçilir, orada təcrübəli jurnalistlərlə birlikdə işləmək imkanı yaradılır.

Vaslav Havel - Jurnalistika üzrə Təqaüd Proqramı barədə ətraflı burada tanış ola bilərsiniz.

Müraciət ərizələri ingilis dilində doldurulmalıdır.

Son tarix 2024-ci il iyunun 1-dir.

Sən də MÜRACİƏT ET

XS
SM
MD
LG