Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:15

Türkiyədə 8 polis zabiti Erdoganı izləyib, casusluq etməkdə ittiham oluna bilər


Türkiyə məhkəməsi 8 polis zabitini həbsdə saxlamaq qərarı verib. Onlar baş nazir Erdoganı və ona yaxın çevrəni izləyib, casusluq etməkdə ittiham oluna bilərlər.

İstintaq dövlət daxilində “parallel strukturlar” ittihamını araşdırır. Erdogan polis, məhkəmə orqanlarında olan bir sıra şəxslərin ABŞ-da mühacirətdə olan Fetullah Gulenlə əlbir olub, dövlət çevrilişi hazırladıqlarını iddia edir.

Məhkəmə 6 zabiti isə azad edib.

Çərşənbə axşamı Türkiyədə onlarla polis zabiti həbs olunub. İstanbulun baş prokurorunun təqdim etdiyi siyahıda 115 adamın adı var. O deyib ki, istintaq onların terrorçu qrup yaratmasını araşdırcaq.

XS
SM
MD
LG