Türkiyənin vəzifəsini tərk edən prezidenti Abdullah Gul deyib ki, xarici işlər naziri Ahmet Davutoglu hakim AKP-nin sədrliyinə keçəcək və bununla da növbəti baş nazir olacaq. Gul avqustun 19-da Ankarada vida mərasimi zamanı jurnalistlərə danışıb.
Türkiyənin hazırkı baş naziri və AKP sədri Recep Tayyip Erdogan bu ayın əvvəlində ölkədə birinci dəfə keçirilən prezident seçkisində qələbə qazanıb. Erdogan avqustun 28-də and içəcək.
Erdogan-ın yaxın müttəfiqi Davutoglu-nun onun yerinə keçəcəyi barədə fikirlər yayılmışdı. Rəsmi qərarının avqustun 27-də AKP-nin qurultayında açıqlanacağı gözlənir.