Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 13:19

Bakıdan Türkiyəyə sərnişin qatarı 2015-ci ildə işə düşəcək


«Stadler» qatarı
«Stadler» qatarı

-

«Bakı-Tbilisi-Qars dəmiryol xətti üzrə işləyəcək 30 vaqonunun alınması üzrə danışıqlar aparılır. 2015-ci ilin sonlarından Bakıdan Türkiyəyə sərnişin və yük qatarları tam işə düşəcək».

Bunu AzadlıqRadiosuna «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti (QSC) mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov deyib. Onun sözlərinə görə, qatarların alınması ilə bağlı İsveçrənin «Stadler Rail Group» şirkəti ilə danışıqlar yekunlaşır:

«2014-cü ilin sonlarında işçi qatarları, 2015-ci ilin sonlarında həm sərnişin, həm də yük qatarları tam gücü ilə işləyəcək. Sərnişin qatarı saatda 140 km sürətlə hərəkət edəcək. İlk növbədə yük qatarlarının işləməsi və ümumilikdə 5-6 milyon yük daşınması planlaşdırılır. Gələcəkdə yükdaşımanı 15-17 milyona qədər artırılması hədəfdədir».

Hələlik qatarların bilet qiymətləri müəyyənləşdirilməyib.

«Azərbaycan Dəmir Yolları» QSC qatarlarda Wi-Fi sisteminin quraşdırılmasını da planlaşdırır. Nadir Əzməmmədov deyir ki, Sərnişindaşıma departamenti yerli provayderlərlə Bakı-Böyük Kəsik və Bakı-Yalama yolu boyunca Wi-Fi zonasının yaradılması ilə bağlı danışıqlar aparır.

XS
SM
MD
LG