“ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yollarını tapmağa çalışır”.
Ermənistan mətbuatının yazdığına görə, bunu səlahiyyət müddəti başa çatan ABŞ-ın Ermənistandakı səfiri John Heffern yekun mətbuat konfransında deyib.
O qeyd edib ki, vasitəçilərin əsas məqsədi tərəfləri danışıqlar masasına gətirməkdir.
Vacib siyasi qərarlar isə prezidentlər səviyyəsində verilməlidir.