-
Azərbaycanda bəzi siqaretlərin qiyməti düşüb.
Trend-in hadisə şahidlərinə istinadən verdiyi məlumata görə, martın 2-si səhərdən siqaretin satışı əvvəlki qiymətlə həyata keçirilir. Məsələn, «Classic Imperial» əvvəlki qiymətə - 80 qəpiyə düşüb.
Manatın məzənnəsi dəyişdikdən sonra bu siqaret 1 man 20 qəpiyə satılırdı.
Ticarət obyektlərindən verilən məlumata görə, bütün növ siqaretlərin qiyməti əvvəlki vəziyyətə gətirilib.