Şriftin ölçüsünü dəyiş
| Çap et
27.08.2008
Məscidə qumbara atanların fotorobotu hazırlanıb
Hüquq-mühafizə orqanları «Əbu Bəkr» məscidinə qumbara atmaqda şübhəli bilinən iki şəxsin fotorobotunu tərtib edib və yayıb.
Fotorobotlar şahidlərin ifadələri əsasında tərtib edilib. Bu, gənc kişi və qadındır. Kişinin boyu 170-175 sm-dir, arıqdır, gözləri və saçları tünd-qonur rəngdədir. Onun əynində qara şalvar və köynək olub.
Qadına gəldikdə isə, o, təxminən 25-30 yaşlarındadır.
Avqustun 17-də «Əbu Bəkr» məscidinə qumbara atılıb. Hadisə nəticəsində 2 nəfər həlak olub, 21 nəfərsə yaralanıb.
Hadisədə şübhəli bilinən bir nəfər həbs edilib. / Turan /
Azadlıq Radiosu © 2008 RFE-RL, Inc. | Bütün hüquqlar qorunur