Efirdən seçmələr
 
Sorğu
... ... ...
 
Məzənnə
AZN /
USD
0,8104
 
AZN /
EUR
1,0087
 
AZN /
RUB
0,0293
 
 
 

Kontekst

«Daxili münaqişə vəhşicəsinə həll olunmur»

«Hamı üzülüb, çünki ölən qardaşlarımız var. Ancaq ruhdan düşməyiblər. Hamı zəng edir ki, məscid nə vaxt açılacaq, gələk»

21.08.2008

«Yaralarım yaxşılaşır. Sol tərəfdən ayaq hissəmdən çiynimədək qəlpələr idi. İndi evdəyəm. Həkimə gedirəm, sarğını dəyişirəm, iynələri vurdurub evə qayıdıram».
 
«Əbu Bəkr» məscidinin imamı Qamət Süleyman «Azadlıq» radiosuna belə deyib. O, baş verən hadisə ilə bağlı hazırda nə isə söyləməyin çətin olduğunu bildirib:
 
«İndi bir şey demək çətindir. İstintaq gedir, inşallah onlar tutulandan sonra hər şey aydın olar».
 
Qamət Süleyman Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadənin baş verən hadisəni məsciddə daxili qruplaşmaların münaqişəsi kimi təqdim etməsini qəbul etmir:
 
«Bu, terrordur. Daxili münaqişə bu cür vəhşicəsinə həll olunmur. Digər tərəfdən, bizim məsciddə daxili münaqişə yoxdur. İkincisi isə kim bizə müxalifdir, onlar bizə aid oluna bilməz, onlar bizdən deyil. Sadəcə, Allah bilir, hadisəni törədənlər hansı qüvvələrdir. İndi axtarışdadırlar, tapılandan sonra hər şey bilinəcək».  
 
Q.Süleyman sünni təriqəti içərisində onlara müxalif ola biləcək qüvvələrin mövcudluğunu istisna etmir:
 
«Müəyyən radikal qüvvələr var. Bunlar dünyada gedən proseslərin nəticəsidir. Bilirsiniz, burda hər tərəf ola bilər. Heç bir tərəf istisna olunmur».  
 
O, baş verən hadisənin insanları sözügedən məsciddən uzaqlaşdırmaq niyyətilə törədilməsi ehtimalı ilə bağlı suala belə cavab verib:
 
«Hər şey hadisəni törədənlər tutulandan sonra məlum olacaq. İndidən versiyalar demək düzgün deyil».
 
Qamət Süleyman hadisəni törədənlərin tutulacağına inandığını deyir:
 
«İnşallah, inam var. Onlar tutulmalıdırlar».
 
O, hadisənin məscidə gələn, onlarla daim əlaqəsi olan insanları üzdüyünü bildirir:
 
«Hamı üzülüb, çünki ölən qardaşlarımız var. Ancaq ruhdan düşməyiblər. Hamı zəng edir ki, məscid nə vaxt açılacaq, gələk».
 
Qamət Süleyman Azərbaycanda insanların islama marağının artmasından bəzi qüvvələrin qıcıqlanmasına da inanmır:
 
«Yox, buna inanmıram».
 
Avqustun 17-i axşam «Əbu Bəkr» məscidinə qumbara atılıb. Hadisə yerində 2 nəfər həlak olub, 11 nəfər isə yaralanıb.
 
 
Bu forum dayandırılıb

İsmarışlar 1-10 (16)
Kimdən: Realist Haradan: World
27.08.2008 14:27

Musa bəyin çıxışı mənə Şeyx Nəsrullahın çıxışını xatırlatdı"Gedin Siz də fikirləşin"(Musa bəy Livandakı Şeyx Nəsrullahı demirəm, C. Məmmədquluzadənin qəhrəmanını deyirəm).Burdan "Caps Lock"la milətin üstünə gözlərinizi bərəltməyinizə ehtiyac yoxdur. Hər halda razılaşarsız ki İslam dini qorxu yox sevgi dinidir. Allah c.c.-in "Əl-Vadud" ismi var. Əbdulvəhhabın, İbn Teymiyyənin yazdıqlarını müzakirə etməyə gəldikdə isə bu forumun tam mövzusu deyil. Amma bilənlər bu cərəyanın aşağıdakı xüsusiyyətlərindən xəbərdardılar:
1. Bu cərəyan üzvləri namaz və fiili günlük sünnəyə(oruc, zəkat və s) bacardıqları qədər əməl edirlər və ya etməyə çalışırlar, məncə bu başqaları üçün də təqdirəlayiqdir.
2. İdealogiya olaraq təfriqə yayıyırlar, insanlarda şübhə yaratmamaq üçün çox zaman ilk öncə hər hansı bir 4 sünni məktəbinə aid olduqlarını(çox zaman hənbəli və şafi), sonra isə "ən təmiz" islam ideyasi daşıyıcıları olduqlarını bəyan edirlər.
3. İdeyalarının digər məzhəblərdən fərgı Qurani Kərim və Sünnəni hərfi olaraq gəbul etmələridir, yəni "kak slınçı tak i pinçi"
4. Ən əsas təhlükə ərəb şovinizmi, yanlış təfsir və fitfalar ilə insanların ətrafdakı qeyri həmfikrlərə aqressiv münasibət yaradılmasıdır. Musa bəyi yazısından da görünür ki, yəhudi və xaçpərəstlərdən əl çəkmirlər. Halbuki artıq aparıcı dünya dövlətlərinin sekulyar olduğu adi orta məktəb uşağınada bəllidir.


Kimdən: Musa
27.08.2008 12:03

Əssalamu aleykum ey müsəlmanlar! Allahdan qorxun,ALLAH EŞİDİR VƏ GÖRÜR! Özünüzə bir sual verin, siz ədalətli davranırsınız? Hər kəs özünün nə dediyini yaxşı bilir. Ama ən yaxşısını ALLAh bilir. Bu nədir, vəhabi, sələfi və yaxud sübutsuz dəlilsiz ittihamlar, Abdulvəhab, İbnteymiyyə.Məgər sizin əqidəniz YƏHUDİ və ya XRİSTİAN əqidəsidir ki, dəlilsiz danışırsınız? Allah təala buyurur:
"Onlar dedilər: “Yəhudi-lərdən və xaçpərəstlərdən başqa­ heç kəs Cənnətə daxil olmayacaq!” Bu onların xam xəyallarıdır. De: “Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin!” (2:111)

Deyirsiniz ki, Vəhabi təriqəti. ALLAHDAN QORXUN! İNSAN MƏGƏR BU QƏDƏR DƏ ALLAHDAN QORXMAZMI? Kimdir VƏHABİ, KİMDİR ABDULVƏHAB? NƏ DEYİB AXI O? MƏGƏR ONUN KİTABINI OXUMAQDAN QORXURSUNUZ?! TÖVHİD KİTABI VAR ONUN, GEDİN OXUYUN. VALLAHİ Kİ, O ÖZÜNDƏN HEÇ BİR ŞEY DEMƏYİB. ONUN ƏQİDƏSİ ƏBU HƏNİFƏ, İMAM ƏHMƏD, İMAM MALİK, İMAM ŞAFİ, onlardan da əvvəl QURAN, SÜNNƏ VƏ SƏHABƏLƏRİN ƏQİDƏSİDİR. AXI NƏ DEYİB O? BİRİNİZ ÇIXIN QABAĞA DEYİN Kİ, bunu belə deyib və ƏHLİ SÜNNƏYƏ ZİDDİR? GÖZLƏYİRƏM. AMA DƏLİL GƏTİRƏ BİLMƏSƏNİZ VAY HALIMIZA BU DÜNYADA VƏ QİYAMƏTDƏ!!! QURAN VAR, SƏHİH SÜNNƏ VAR.
BİZ ƏHLİ SÜNNƏYİK (YƏNİ PEYĞƏMBƏRİN YOLU İLƏ_SƏHİH SÜNNƏ İLƏ GEDƏNLƏR). HEÇ KƏS ÖZÜNƏ VƏHABİ DEMİR. VALLAHİ BÜTÜN bunlar cahillikdən irəli gəlir. Sizə inşallah istinad göndərirəm gedin oxuyun:

http://www.rahmet.org/index2.php?icerik=indir&ayrinti=628

VƏ ALLAHDAN QORXUN!!! VƏHABLİK, VƏHABİ TƏRİQƏTİ YOXDUR!!! GEDİN BİR DAHA OXUYUN MUHƏMMƏD ABDULVƏHABIN KİTABINI VƏ ƏHLİ SÜNNƏ ALİMLƏRİNİN KİTABLARI İLƏ TUTUŞDURUN Kİ RAHAT OLASINIZ Kİ, ŞEYX ƏSL ƏHLİ SÜNNƏDİR.


Kimdən: Realist Haradan: World
27.08.2008 11:01

Mübariz bəy, Babək üsyanının Abbasi şovinizminə qarşı baş alan "şubiyyə" hərəkatının bir dalğası olduğunu zatən söyləmişdim. Bu hərəkatda müsəlmanlarda iştirak edib(İslam dinini qəbul edən, lakim ərəb şovinizminə qarşı mübarizə aparan). Babəkin müsəlman olması barədə isə bu zamana kimi bir dənə də olsa fakta rast gəlməmişəm. Bütün tarixi arqumentlər(istər ərəb, fars, və qeyriləri) Babəkin, Məzdəki hərəkatından xürrəmiyəyə qədər ideoloji inkişaf yolu keçdiyini vurğulayır. Əgər Sizdə, dediyimin əks aequmenti olan samballı bir fakt varsa məmuniyyətlə tanış olardım. Bir də o dönəmdə farslar xilafətdə elə bir güc sahibi deyidilər ki, Babək onlara qarşı da mübarizə aparsın. Əksinə, Babəki dəstəkləyən qüvvələr içərisində gizli də olsa Sasanilərin pərən-pərən olmuş zadəganları olub.


Kimdən: Mübariz Haradan: Bonn
26.08.2008 19:01

Realist qardash biraz därindän arashdirsag görüläcäk ki biz Azäri Türklärinin tarixi bizä nä qädär yanlish gätirilib chattirilib. Män shäxsän Babäkin bir kafir olduguna inanmiram. Bu Abbasi vä fars uydurmasindan bashqa bir shey deyil. Babäkin mücadiläsi bu iki birläshmänin zülümünä qarshiydi.


Kimdən: Realist Haradan: World
26.08.2008 09:29

Nicat bey, brincisi men heç bir yerdə "vəhhabi" sözü işlətməmişəm, ikinci, toyuq kimi qaqqıldayib yumurtalamasam da qayğanağın dadını toyuqdan yaxşı bilirəm.Yenə də deyirəm, Əl Əzhər Universitetində 4 sünni məzhəbindən başqa sənin Sələfi dediyin məzhəb rəsmi olaraq qəbul olunmur. İkinci cümləni anlamamzlıqdan gəlməsən daha yaxşı olar, hər halda Qahirəyə gələndə dediyin "əsl din"i öyrənmək üçün sənə şeyx Sə'mi(Bakıdakılarla əlaqəsi olmalıdır) məktəbi barədə bilgi veriblər. İnkar edə bilərsən. Yerin də qulağı var. Babəkin kim olduğunu anlatmağın mənasız bir cəhddir. Onu hamı bilir. Mən Abbasi xilafəti dönəmində ərəb şovinizminə qarşı baş alan "Şubiyyə" hərəkatından danışmışdım. Yeri gəlmişkən bu hərəkatda müsəlmanlar da iştirak edirdilər. Səni başa dümək olar, molla tarixindən başqa heç nə oxumursan. İnsan nə qədər "təmizəm" desə də öz əməli ilə tanınar. Əbdulvəəhhab həmişə yalnız müsəlmanlarla mübarizə aparıb təfriqə yayıb, onun davamçılarıda bəlli "Əl-Qaidə" təşkilatı terror ilə nəıinki müsəlmanları narahat edib hətta müsəlmanları başqalarının gözündə qorxu müqəvvasına çevirib. Səbəbi bilirsiz nədədir? Özlərini "Sələfi" adlandıran bu cərəyanın əsasında insanlara nifrət durur, sevgi yox. Ancaq dağitmaq və məhv eləmək. İnsan isə mədəniyyət daşıyıçısıdır(bilginin nəsildən nəsilə ötürüb onu inkişaf etdirmək). Bu "mollalarda" isə inkişafa qarşı allergiya var. Keçmiş olsun, molla əmi.


Kimdən: Mübariz Haradan: Bonn
25.08.2008 19:12

ay Azärbaycan xalqinin evlatlari . Bäsdi bir birniznän chäkishdiniz. Islam alimläri öz aralarinda märhamätli olmuyan Müsülmanlar düshmanlarina qarshi chätin ola bilmäzdär deyä söylämishdär. O shäxsin adi Abdulvahab deyil Muhammäddir . Shalvar geyinmäkdä var .Elim öyränmäkdä var . Birdä Müsülman alimi olan Muhammäd nä Shiäläri,,tärafdar, nä dä Sünnüläri ,,HZ Peyqamböärmizin yolu demäkdir kafirliklä suchlamiyib . Yalniz heykällärä shäxsdärä birdä türbälärdän mädät uman insanlara qarshi särt fätvalar vermishdir.


Kimdən: Nicat Haradan: Qahire
25.08.2008 18:53

Essalamu ale kulli muslimin."Realist' bey men idadiyyede oxumuram.ehtimalla danisma.O ki qaldi el Ezhera kime desen Vahabilik deyiller o nedir ele? Univerisetde ise Hem ibn Teymiyyeden hem ibn Kesirden Hemde Abdulvahabdan kecilir.Onlarin eserleri serbest olaraq oxunur,Birde tek selef alimleri tek bular deyil.Imam Malik ,Imam Safi, imam Ehmed , Imam ebu henife ve s. Esl Islam alimleri selefdir.Sen selef ne demekdir o sozu anla sonra danis.Birde 2 ci cumleni anlamadim.Babeke geldikde ise o Islama qarsi vurusurdu.Cunki Islam dini bayram gecesi ishiqi kecirdib qabaqina kim kecdinnin eleyhinedir.O ise Mezdek teliminin davamcisi ve onu berpa etmeye calisan idi.Mezdek teliminin ideyalarindan da tarixden xeberi olaninin melumati var. sosializim ideyalari _- hetda arvadlarida hami ucun beraber idi.Babeki tani sonra danis.Babek muselman olsaydi o zaman ereb sovnizmine qarsi vurusardi.Birde Babek bizim tarixcilerin yazdigi babek deyil.Deqiq arasdir.O ki qaldi AbdulVahaba onun davasi muselmanlarla yox adini muselman qoyan Le ilehe illallah deyib ama ALLAHla yanasi ozlerine qebirleri insanlari Pirleri Agaclari daslari ilah yapanlara qarsi idi.Onlar Islam ucun daha tehlukelidir.Neceki indide coxdur.Kelmeyi sehadetin bilmir muselmanam deyir Islami yasayana da Vehabi deyir.Bilmir ne demekdir bu kelme.Vehab ALLAH st nin 99 adindan biridir.Hediyye veren bexs eden demekdir.Vahabi ise ALLAHli demekdir azeri diline tercumede.ALLAH st ise Quranda 4 yerde Ozune Vahab deyir. Inne entel Vahab.Selefi ise Peygemberin Sehabelerin Tabiinlerin Ve boyuk Islam alimlerinin Xelefi demekdir.O ki qaldi saqqal uzatmaq isbali godek etmek Bu Peygember svs in emridir sunnesidir.Peygember svs de sehabelerde bele edib gedin sehih hedislerle arasdirin.Eger saqqal uzadib isbal godeltmek Vahabilikdise onda SubhanALLAH peygember svs Vahabi olub beyem? Oki qaldi ata babalarin salvar geyinib Ya oda ibadet edib ALLAH st buyurur Qurani kerimde Eger ata babalariniz eyri yoldaydisa onda nece yenemi onlarin arxasinca gedeceksinizmi ? deyir O ki qaldi Cihada o senin meselen deyil ey " Realist" insan.


Kimdən: shahin Haradan: baki
25.08.2008 11:36

sizlerin haminizi salamlayiram.xususi olaraqda size teshekkurumu bildirirem.Cunki ne yazirsinizsa heqiqeti uze cixarmaga calishirsiz.Bezi radio-kanallar varki qalmaqallarla oz reytinqini qaldirmaq niyyetindedir.meselen;ANS.her bele hadisede esl meqsedi qoyur bir kanara ve bashlayir "vahhabi,vahhabi" Allaha and olsunki hec ozleri bu kelmenin menasini bilmirler.birdeki size bu ixtiyari kim veribki ozlerini bu cur adlandirmayan keslere bu adla muraciet edesiz...


Kimdən: Realist Haradan: World
25.08.2008 09:58

Nicat bey, əgər Qahirədəsənsə ehtimal ki "Əl-Əzhar" Unviversitetinin "idadiiyə"sində oxuyursan. Və çox da gözəl bilirsən ki, 1000 ildən çox yaşı olan bu təhsil ocağına "Sələfi" adlandırılan məzhəbin təliminə izin verilmir(dağıdıcı xarakterinə görə). Bu şəxslər, şəhərin qaranlıq "Seyyidə Zeynəb", "Bulaq", "Şobra" kimi mərkəzdən uzaq yerlərdə avam insanlara "təlim" verir, bəzilərinin təyinatı da Pakistanın Swat vadisinə(Taliban) "cihada" düşür. Geyimə gəldikdə, tarixi oxu, dədə babalarımız şalvar geyib, şovinizmə gəldikdə, yenə tarixi oxu, Abbasilər dövründən başlayaraq bütün xilafətdə ərəb şovinizminə qarşı "şu'biyə"-xalq hərəkatı başlayır(Babək hərəkatı və s.) Və əğər sən belə din təəsübkeşisənsə bidirim ki, sənin dediyin o təbliğçı Əbdulvəhhab tarixdə müsəlmanlardan başqa heçkimsə ilə davası olmayıb. "Əsl" islamın müəyyən edici indikatoru olma iddiası isə bir az qəliz məsələdir...


Kimdən: ahmet Haradan: baku
24.08.2008 22:04

vahabi molla diyorki sunni tarikatlar bize dusman sormak isterdim ben sunniyim vahabiler hem sunnilere hem sialara dusman benim uzuldugum sadece allaha tealanin evinde bu patlamayi yapanlari kiniyorum cevap verecekler ahirette naletliyorum o bombayi camiye atanlari mollayada diyorumki o bombayi atanlar musluman olmayanlar sunniler kadar camiye allaha bagli dinimize bagli inancli hic kimse olamaz saygilarimla

İsmarışlar 1-10 (16)