Efirdən seçmələr
 
Sorğu
... ... ...
 
Məzənnə
AZN /
USD
0,8104
 
AZN /
EUR
1,0087
 
AZN /
RUB
0,0293
 
 
 

Cəmiyyət

Polis bölməsində dəlləkxana

Avqustun 26-da təxminən 20-yə yaxın dindar saqqalıyla vidalaşmalı olub

27.08.2008

Polis bölməsində dəlləkxana…Kimin ağlına gəlməsə də, Bakıda 10 sm uzunluğunda saqqalı olanlar bunun şahidi olduğunu deyirlər.

«Əbu Bəkr» məscidinə ibadətə gedənlər deyirlər ki, onların saqqalını müxtəlif polis bölmələrinin əməkdaşları qırxıblar. Özü də bunu etmək üçün dindarları şəxsən yaşadıqları ünvanların sahə müvəkkilləri bölməyə dəvət ediblər. Bölməyə daxil olanda isə...

- Xüsusi dəllək gətiriblər, aparatla, «stanok»la. Qırxırlar, buraxırlar…

- Biz şöbəyə daxil olduq, sənədlərimizi aldılar. İçəridə gördük ki, qardaşların saqqallarını qırxırlar. Bizim də əvvəlcə saqqalı, daha sonra isə qırxılmış şəkildə şəkillərimizi çəkdilər. Dedilər ki, sizin saqqalınız mütləq qırxılmalıdır. Soruşduq ki, səbəb nədir, müsəlmanlara niyə bu dərəcədə təzyiq göstərirsiniz? Cavab verdilər ki, bəs əmr almışıq. Əmrin kim tərəfindən verildiyi deyilmədi.

Dindarlar bildirirlər ki, saqqalının qırxılmasına etiraz edənləri təhqir ediblər:

– Kim ki, etiraz edirdi, qollarını burub güclə otuzdururdular, 10-15 nəfər də ora yığışır, təhqiramiz sözlər deyir, söyüş söyürdülər.

- Deyəndə ki, mən vəkil istəyirəm, hüququmu təmin edin, deyirdilər ki, bunun bizə dəxli yoxdur.

Bakıda bizneslə məşğul olan Əfqanıstan vətəndaşının da saqqalı başına bəla olub. Deyir ki, küçədə getdiyi yerdə polis onu bölməyə aparıb və uzun müddətdi qulluq etdiyi saqqalını təraş edib.

Dindarların dediyinə görə, avqustun 26-da təxminən 20-yə yaxın dindar saqqalıyla vidalaşmalı olub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sözçüsü Gündüz İsmayılov isə bu məsələdən məlumatsız olduğunu deyir:

«Tam səmimi deyirəm, birinci dəfədir sizdən eşidirəm. Əgər belə bir fakt varsa, bizə də müraciət edə bilərlər. Tamamilə yolverilməz haldır».

Oxşar cavab Daxili İşlər Nazirliyindən və Respublika Prokurorluğundan da bildirildi.

Azərbaycan hökuməti dəfələrlə ölkədə dini tolerantlığın yüksək olduğunu bəyan edib. Dindarlarsa müxtəlif səbəblərdən saqqal uzadanlara saqqallarından muğayat olmağı məsləhət görürlər.
 
 
Şərhin var?
Ad *
Məkan
E-mail
Şərh *
Yazmazdan əvvəl FORUMUN QAYDALARINI oxu

İsmarışlar 1-10 (30)
Kimdən: Azer Haradan: Niderland
02.09.2008 17:56

Yaxsi eleyib qirxirlar nedi ele saqqal saxlamaq olar.Saxla qaydasinda.


Kimdən: Elvin Haradan: Yunanistan
02.09.2008 14:42

UmmuAbsullah, size muraciet edirem. Sizin bezi dediklerinizle razilashiram. Amma Peygemberden (s) bu shekilde misal gostermeyiniz yol verilmezdir. Men yaxshi basha dushurem siz demek isteyirsiz ki, O Hezret de saqqalini uzadib. Amma Bele muqayiseler lazim deyil... Fitne torene biler...Sheri qaydalara gore 4 armaqdan artiq saqqal saxlamaq qadagandir...
Ama polsiler bele edirlerse duzgun etmirler. Saqqali qirxmaqla kimise yolundan ede bilmezler, eksine onu daha da mubariz edirler....


Kimdən: İlgar Haradan: bakı
02.09.2008 12:54

Saqqalı qıxdırmaq - axı məsələnin həll yolu deyiil. Misal üçün, güya hansısa vəhabi saqqalı qırxılandan sonra daha vəhabi olmayacaq? (p.s. Polislər deyəsən bilmirlət ki, Saqqal yenidən çıxır)


Kimdən: UmmAbduLLah Haradan: Canada
02.09.2008 07:17

Sozum Huseyn (Canada) bey sizedir.
Her halda demek istemirsiniz ki ALLAH rasulu sallallahu aleyhi vessellemin de gorunushu qorxuncdur?!


Kimdən: UmmAbduLLah Haradan: Canada
02.09.2008 07:11

Patriot sozum sizedir. Saqqal saxlamaq ALLAH rasulunun sallallahu aleyhi vesselemin terkedilmez adeti olub, belke sunnet desem anlamazsiniz dushundum. Islami da hech kes saqqalla, hijabla ve namazla olchmur. Bilirdinizmi ki kishini de qadindan ferqlendiren cehetelerden biri de ele saqqalin olmasidir? Her kesin oz fikir, vijdan ve uslub azadlighi var. Xoshlamirsiniz bari tolerantliq numayish etdirin. Axi sizin Azerbaycaniniz el aleme Demokratiyadan car chekir!!!


Kimdən: Eldar Haradan: Bakı
01.09.2008 18:39

Sualım belədir: Dindarlara qarşı gedən kampaniyanın ikinci mərhələsində bizi nə gözləyə bilər? "Hecaba qarşı kampaniya" ya başlamaq fikri yoxdur ki onların? İstənilən halda bu polisin öz şəxsi təşəbbüsü ola bilməz və məqsədyönlü bir "kampaniyadır". İsətənilən halda bunu edənlər bilməlidirlər ki İslam dini zülmə uğrayanları zulmkara qarşı mübarizəni bir borc bilir. Bunu nə biz nə də bunu edənlər unutmasınlar!


Kimdən: Abdullah
01.09.2008 15:14

Şeytan öz məqsədinə nə dərəcədə müvəffəq olacaqdır?
Allah təala şeytanı lənətlədiyi və cənnətdən qovduğu, müəyyən olunmuş vaxta qədər möhlət verdiyi zaman o dedi: “Mən Sənin qullarından müəyyən bir qismini hökmən ələ alacağam.
Mən onları mütləq (doğru yoldan) azdıracaq və xülyalara salacağam...” (Nisə 4:118-9)
“ (İblis) dedi: “Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun üstündə oturub (insanları) tovlayacağam.
Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən”.(əl-Əraf 7:16-17)
İbn Abbas ayənin şərhində deyir ki, ayədəki “Sən onların əksəriyyətini şükür edən görməyəcəksən” şükür kəliməsi tövhidə aiddir. Deyir ki, bu sözün mənası Onu ibadətdə təkləşdirənlər deməkdir. Şeytan bunu söylədiyində bu onu tərəfindən bir “təxmin və ehtimal” idi. Bununla belə, haqq onun söylədiyi kimi oldu. Çünki Allah təala Səba surəsində buyurur:
“İblisin onlar barəsindəki ehtimalı doğru çıxdı. Bir dəstə mömindən başqa, qalanları onun toruna düşdülər.
Halbuki o, bu insanlar üzərində ixtiyar sahibi deyildi. Biz ancaq axirətə inananla ona şəkk gətirən kimsələri ayırd etmək üçün (şeytana )belə bir fürsət verdik. Sənin Rəbbin hər şeyi mühafizə edəndir.” (Səba 34:20-21) Baxın Təfsir İbn Kəsir.
Şeytanın öz məqsədinə nə dərəcədə nail olmasına Allah Rəsulunun sallallahu aleyhi və səlləm hədisində işarə edilir. Hədisdə bildirilir ki, qiyamət günü Allah təala Adəmə əmr edəcək ki, onun zürriyyətindən cəhənnəmlik olanları çıxarsın. Adəm Allahdan onların sayı barədə soruşduqda, Allah təala belə deyəcək: “Hər yüz nəfərdən doxsan doqquzu cəhənnəmə və biri isə cənnətə”. Başqa bir rəvayətə görə: “Hər min nəfərdən doqquz yüz doxsan doqquzu cəhənnəmə və biri isə cənnətə” (Səhih əl-Buxari)
Şeytanın öz şərli, münkər planında bu dərəcədə müvəffəq olması həqiqəti sizi ruhdan düşməyə səbəb olmamalıdır, əksinə mömin insan ayıq-sayıq olmalı və öz düşmənindən, onun hiylələri barədə daha ehtiyatlı olmalı, onu məğlub etmək və imanını, saleh əməllərini qorumaq üçün çox çalışmalıdır. Yadda saxlayın ki, şeytan haqq qarşısında zəifdir və “Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir.” (Nisə 4:76). Bundan əlavə, sayın çox olması Allah dərgahında heç bir şey sayılmır, əksinə əsas sayılan “haqqdır”, hətta haqqın davamçılarının sayı az olsa belə. Ona görə də, haqqın davamçılarından olun, o kəslər ki Allahı Rəbb olaraq, İslamı din olaraq və Məhəmmədi isə Rəsul olaraq seçərək razı qalmışdırlar, o kəslər ki, düşmənlərini tanıyırlar və onunla mübarizə aparırlar və lənətə gəlmişdən qorunmaq üçün Rəhimli olan Allaha dönürlər.
Allah Quranda buyurur:
“208 Ey iman gətirənlər! İslamı bütövlüklə qəbul edin və şeytanın addım izləri ilə getməyin. Şübhəsiz ki, o sizə açıq-aydın düşməndir.
209 Sizə açıq-aydın dəlillər gəldikdən sonra (haqq yoldan) çıxsanız, bilin ki, Allah Qüdrətlidir, Müdrikdir.” (əl-Bəqərə 2:208-209)


Kimdən: həmzə Haradan: baki
01.09.2008 12:26

Mən polislərin bu əməlini cox pisləyirəm. bir vətəndaş kimi mən vergi ödəyirəm ki, polis hüquqlarımızı qorusun əksinə hüquqlarımızı taptalamasınlar. özüdə bu mübarək ramazan ayında. mən belə görürəm ki Allahdan başqa hec kəsə ümüd qalmayıb.


Kimdən: CHE Haradan: neyniyek- Azerebaycan
01.09.2008 10:41

Sadece her kes bunu, sonrad deyirler ki guya biz tolerantix. he tolerantix, xaricilere xristinalra ve yahudilere. Kotolik xristian kilsesi bu gun rahat oz devetini apararir.gencleri devet edir oz yollarina, hec kes hecne demir. Eshi, goy bizimkiler hele dasha ota inansinlar.Ele inandiqlarini dalincad gedeceyler. Saqqalarini qirxsada ureklerindeki imani ala bilmeyecekler ki.


Kimdən: Shamil Haradan: Manchester
01.09.2008 08:06

Sebr edin gardashdar, birde coxlu dua edin. Eybi yoxdu, suz sawab gazanirsuz, olar ise cox boyuk gunahlar. Inshaallah, Allah en boyuk hakimdir! Ve gun gelicey ki, her bir pisdiy uze cixacey!

İsmarışlar 1-10 (30)