Günün SMS-i
«Can Bakı»

«Bir məhbus cinayət etdikdə azadlıqdan məhrum edilir, bəs biz, görən, nə cinayət etmişik ki, “Azadlıq”dan məhrum olunurq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

Rubrikalar / Təbriz Ekspress

«Amnesty International» İranı fəalları azad etməyə çağırır

Evin həbsxanası

23.09.2008

«Amnesty International» Beynəlxalq hüquq müdafiə təşkilatı son günlərdə İranda həbs olunmuş milli fəallar barəsində təcili kampaniya başlayıb.

Təşkilatın yaydığı bəyanatda bildirilir ki, bir sıra milli fəallar sentyabrın 10-dan xarici aləmdən təcrid olunublar. Onlar aşağıdakı şəxslərdir: 53 yaşlı mühəndis-inşaatçı, jurnalist Əlirza Sərrafi, yazıçı Əkbər Azad, Azərbaycan türkcəsi müəllimi, mühəndis, yazıçı Həsən Raşidi, şair və jurnalist Səid Muğanlı, mühəndis-inşaatçı, insan haqları müdafiəçisi Həsən Rəhimi Bayat, müəllimlər Hüseyn Heydəri, Abbas Nəimi və «Evrin» dərnəyinin üzvü Mehdi Nəimi Ərdəbili və Səyyad Məhəmmədian (Ovçu Qoşaçaylı) .
 
«Onlar Tehran şəhərindəki «Evin» həbsxanasının 209-cu bölməsində təkadamlıq kameralarda ağır işgəncə və təzyiq altında saxlanılırlar. Milli fəalların İranda yeni dərs ili günü məktəblərin açılışını boykot etməyi planlaşdırdığına görə həbs edildiyi ehtimal olunur. «Amnesty International» olaraq, onları vicdan məhbusu hesab edir və İran hökumətindən onları dərhal azadlığa buraxmasını tələb edirik».

Bəyanatda qeyd olunur ki, «Ettelaat» əməkdaşları heç bir icazə vərəqəsi göstərmədən mənzilə soxulublar və tanınmış fəalları həbs ediblər.

Sənəddə daha sonra vurğulanır: «Biz beynəlxalq insan hüquqları təşkilatı olaraq, rəsmi Tehranın bu hərəkətlərini qınayır və məsələylə bağlı İran hökumətinə öz etirazımızı bildiririk».
 
 
Şərhin var?
Ad *
Məkan
E-mail
Şərh *
Yazmazdan əvvəl FORUMUN QAYDALARINI oxu

İsmarışlar 1-4 (4)
Kimdən: ayaz Haradan: tebriz
28.09.2008 00:45

tebriz universitesinin oyrencileri genish axsiyaya hazirliq kechirirler.


Kimdən: Xan Haradan: Baki
25.09.2008 00:21

Hec darixmayin!Vaxt geler bizim qardashlari 209-cu kamerada saxlayanlarin ozlerini hemin kamerada ebedi olaraq saxlayacagiq!


Kimdən: algan Haradan: türkiye
24.09.2008 00:51

sizden ve amekdaşlarinizdan çox teşekur edirem .öz adima ve güney azerbaycan adinnan.sağolun


Kimdən: Aydin Haradan: Marağa (Guney Azerbaycan)
23.09.2008 18:12

Tutaliter İran Hakimiyeti,Heçde Uluslar Arasi İnsan Haqlari Teşkilatlarinin Verdigi Beyanatlara Diqqet Etmir.

Elbetde Bu Teşkilatlarin Beyanatlari Hebs Edilenlerinin Can Sağliğinin Qorunmasinde Boyuk Hedde Musbet Tesir Buraxib,Bunu Ise Tecrube Gostrerib.
Başqa Yonden İse,Bele Beyanatlar Hebs Edilenlerin Isteginide Dunyaya Yaymaqda Boyuk Imkan Yaradir ve Onlari Tanitdirir.

İsmarışlar 1-4 (4)