Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:16

“Naxçıvanda 1733 inək süni yolla mayalandırılmışdır...”


-
Şərq Qapısı – 18.04.2014

2014-cü ilin ilk rübündə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı

...Heyvandarlıq sahəsində yüksək məhsuldarlıq göstəricilərinə nail olunması əsas məqsəd kimi qəbul olunmaqdadır. Bu prosesin səmərəli təşkilində isə süni mayalandırma mühüm rola malikdir. 2014-cü ilin yanvar-mart aylarında heyvandarlıq təsərrüfatlarında 1733 baş inək və düyə süni yolla mayalandırılmışdır. Əvvəlki ildə mayalandırılmış inək və düyələrdən 1485 baş sağlam buzov alınmışdır. Bununla yanaşı, yüksək məhsuldarlıq göstəricilərinə malik olan mal-qaranın xüsusi çəkisi davamlı olaraq artırılmaqdadır.

1 aprel 2014-cü il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 112 min 587 baş, qoyun və keçilərin sayı isə 688 min 115 baş olmuşdur ki, bu da 1 aprel 2013-cü il tarixə olan göstəriciləri müvafiq olaraq 1,5 və 1,8 faiz üstələmişdir.

Cari ilin əvvəlindən ötən dövr ərzində heyvandarlıq məhsullarının istehsalı üzrə artım mövcud olmuşdur. Belə ki, 2014-cü ilin yanvar-mart aylarında muxtar respublikada diri çəkidə 5285,3 ton ət, 11745,2 ton süd istehsal olunmuşdur ki, bu da 2013-cü ilin yanvar-mart ayları ilə müqayisədə müvafiq olaraq 1,7 və 0,3 faiz çoxdur.

Daxili bazarda ət və yumurtaya olan tələbatın tam şəkildə yerli istehsal hesabına ödənilməsi istiqamətində ilin əvvəlindən ötən dövrdə 3 quşçuluq təsərrüfatının yaradılması başa çatdırılmış, hazırda 2 quşçuluq təsərrüfatının yaradılması və 1 quşçuluq təsərrüfatının genişləndirilməsi istiqamətində işlər davam etdirilməkdədir.
XS
SM
MD
LG