Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:14

«Dünyada yaponlardan ehtiyatlı adam yoxdur»


-
Yaponiya bankları Rusiya sazişlərindən geri çəkilir. Krımdan sonra London hərraclarının gəliri azalıb. İranda 26 yaşlı Reyhane Jabbarini asacaqlarmı? - Qərb mətbuatının icmalı
***

Yaponiyanın ən iri bankları Rusiyaya kredit xətlərini bağlayırlar və Rusiyaya kredit razılaşmalarından geri çəkilıirlər. Bunu Yaponiya banklarının rəhbərləri Financial Times qəzetinə deyiblər.

Moskva bankirlərindən biri qəzetə bildirib ki, “Dünyada yaponlardan ehtiyatlı adam yoxdur”.

Krım işğal olunan kimi Yaponiyanın SMBC bankı Rusiyanın ən varlı adamı Alisher Usmanovun Metalloinvesti ilə sazişdən son anda geri çəkildi.

Bank neft alveri ilə məşğul olan Gunvor şirkətinə krediti dayandırdı.

Yaponiya bankının icra rəhbəri deyir ki, bunları yuxarıdan göstərişlə etmirlər, sadəcə olaraq indiki vəziyyətdə bank öz işini ehtiyatlı tutur.

Rusiya şirkətləri borc öhdəliklərini bazarda yerləşdirə, yəni bond satıb borc götürə də bilmirlər.

Qazprom və Sberbank bu il cəmi 1 milyard dollarlıq bond sata vbilib, Keçən il bu vaxt onlar 13 milyard dollarlıq bond satmışdı.

***

Ukrayna böhranı incəsənət biznesinə böyük ziyan vurur. Financial times yazır ki. Yanukovich devrilənə qədər - fevral ayında Londonun məşhur 2 hərracı- Sotby və Christie 340 milyon funt sterlinq qiymətində sənət əsərləri satmışdı.

O vaxtdan məşhur əsərlərin hərracı keçirilmir, çünki əsas alıcılar ruslardır.

Rusiyadan olan alıcılar 2008-ci ildən bəri bu hərraclarda 1 milyard funt sterlinqlik sənət əsəri alıb.

***

İranda Reyhane Jabbari bir neçə günün içində dar ağacından asıla bilər. Jabbari onu zorlamaq istəyən kişini öldürdüyünə görə ölümə məhkum edilib.

26 yaşlı mənzil dizayneri Jabbari İran kəşfiyyatının zabiti Morteza Abdolali Sarbandini 2007-ci ildə öldürüb.

Jabbari deyir ki, Sarbandi onu evinə dəvət etmişdi, təcavüzə məruz qalarkən, özünü müdafiə edəndə, Sarbandini təsadüfən öldürüb.

Times yazır ki, İranda qisas qanunu var. Sarbandinin qisasını onun ailəsi ala bilər və yaxud Jabbarini bağışlaya bilər. Sarbandinin oğlu deyir ki, Jabbari onun atasını niyə öldürdüyünün əsil səbəblərini desə, onda onu bağışlamaq haqda düşünmək olar. O, atasının Jabbarini zorlamaq istəməsinə inanmır.
Reyhane Jabbari
Reyhane Jabbari


Bu şübhələrə Jabbarinin verdiyi ifadələr əsas verib.

Jabbari əvvəlcə deyirdi ki, ona hücum olanda əlinə keçən bıçaqla Sarbandini vurub, sonra isə hətta təcili yardım da çağırıb.

Ancaq istintaq vaxtı o, etiraf etdi ki, bıçağı əvvəlcədən alıb, özü ilə Sarbandinin mənzilinə aparıb.

Jabbarinin ailəsi isə bildirir ki, bu etirafları ondan həbsdə zorla alıblar.

O da iddia olunur ki, məhkəmə bir əsas fakta göz yumur. Hadisə yerində qədəhlərin içində güclü uyuşdurucu maddə olub. Bu isə Sarbandinin təcavüzü əvvəlcədən planlaşdırmağından xəbər verir.

Bu fakt sübut olunsa, onda Jabbarinin işi tamamilə dəyişir. İran qanunlarına görə, zorlayanı öldürmək qətl sayılmır.

BMT-nin İran üzrə insan haqları hesabatçısı tələb edib ki, bu cinayət işinə yenidən baxılsın.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG