Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:14

«Ukraynadan sonra Rusiyanın hədəfi Azərbaycan olacaq»


Simferopol parlamenti qarşısında Sovet bayrağı
Simferopol parlamenti qarşısında Sovet bayrağı
-

Ukraynadan sonra Rusiyanın hədəfi Azərbaycan olacaq, jurnalist Norma Zager ABŞ Konqresinə bağlı «The Hill» qəzetində çıxan «Azərbaycan və qonşusu Ayı» məqaləsində bu nəticəyə gəlib.

Norma Zager-in fikrincə, 2008-ci ildə Gürcüstana müdaxilə edəndən bəri qonşulara təcavüz Moskvanın xarici siyasətinə çevrilmiş kimi görünür. Müəllif yazır ki, Rusiya Krımı ilhaq edəndən, bu meyl açıq-aşkar duyulur.

Jurnalist o qənaətə gəlib ki, Rusiyanın neoimperializmindən ən çox təsirlənən ölkə Azərbaycandır. Niyə? Çünki «Azərbaycan sürətlə Avropanın qaz və neft təchizatçısına çevrilir».

Norma Zager-in fikrincə, Azərbaycanın məhz bu siyasəti Avropanı daim basqı altında saxlamaq və onu yanacaq verməməklə şantaj etmək istəyən Rusiya siyasətindən haçalanır:

«Məsələni... Amerika administrasiyanın üzüyola xarici siyasətindən qaynaqlanan qüvvə boşluğu mürəkkəbləşdirir». Müəllif Rusiyanın belə əl-qol açmasında başlıca səbəbin də bu olduğunu düşünür. Jurnalist qeyd edir ki, bir vaxtlar strateji düşünən güclü ABŞ administrasiyası və Konqresi Rusiyanın cilovunu əlində saxlaya bilirdi:

PUTİNİN ƏZƏLƏ NÜMAYİŞİNİN YUMŞAQ QARŞILANMASI...

«Amma indi Putinin əzələ nümayişinin yumşaq qarşılanması onun qonşulara daha böyük təcavüzünə yol açıb».
Vladimir Putin
Vladimir Putin
Məqalədə bildirir ki, Rusiyanın İranla müttəfiqliyi gücləndirməsi də Moskvanın regiondakı qüdrətini artırır. Norma Zager-ə görə, İran dindaşları azərbaycanlılar üzərində öz nüfuzunu artırmağa çalışsa da, Azərbaycan, hələ ki, birmənalı dünyəvi, mütərəqqi və çağdaş dövlət kimi qala bilib və «Rusiyanın gənc və çiçəklənən bu ölkəyə göz dikməsinin öz səbəbi var».

Rusiyanı dünyanın ən qüdrətli ölkəsinə çevirməyə çalışan Putin neft və qaz ehtiyatlarına malik ölkələri ələ keçirmək siyasəti yürüdür.

Müəllifin fikrincə, Rusiyanı qonşularına qarşı planlarından çəkindirə biləcək çox az vasitə var.

Daha sonra Vladimir Putinin Bakı səfərinə toxunan Norma Zager bu qənaətə gəlir ki, Moskva bu görüşdə Bakıdan istədiklərini ala bilməyib. Jurnalist düşünür ki, iki ölkə arasında dialoq müsbət axarda keçsə də, Rusiya Azərbaycanı tam mənada öz nüfuz dairəsinə sala bilməyib, amma qonşularının rus ayısına boyun əydikləri bir vaxtda Azərbaycana kiminsə dəstək göstərməsi çətin məsələdir.

BAKI TƏHLÜKƏLİ BURULĞANIN İÇİNDƏDİR

Müəllifin fikrincə, çevrə ölkələrdən gələn təhlükələr də nəzərə alınarsa, Bakı çox təhlükəli bir burulğanın içərisindədir:

«Rusiya ətrafındakı ölkələri gözümçıxdıya salmaqla onların üzərində nüfuzunu saxlamaq taktikasından həmişə istifadə edib, amma indi ruslar Avropa İttifaqı, NATO və ya ABŞ-dan heç bir dirəniş görmədən hədə-qorxularını reallaşdırmağa başlayıblar»

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG